Külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb
Tarix: 17.03.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığının qarşısı alınıb. Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşına məxsus çamadan X-Ray aparatından keçərkən monitorda əks olunan 6 ədəd metal qablardakı naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub. Yoxlama zamanı çamadandan içərisində qəhvəyi rəngli, kəskin iyə malik, toz şəkilində narkotik vasitəyə oxşar maddə olan 6 ədəd dəmir qablar aşkar olunub. Şəxsi yoxlama zamanı isə İran İslam Respublikasının vətəndaşının üzərindəki pul kisəsindən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron, kağız üzərində yazılı formada bəyan edilməyən 6 ədəd ağ rəngli həblər aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilən 6 dəmir qabdakı ümumi xalis çəkisi 4350 qram, qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, spesifik iyli maddənin xaş-xaş bitkisindən kustar üsulla alınan narkotik vasitə-tiryək, 1 ədəd polietilen torbacıqda 6 ədəd ağ rəngli dairəvi formalı həblərin isə metadon adlı dərman preparatı olduğu müəyyən edilib.
Metadon adlı dərman preparatı ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in II siyahısına daxildir və 6 ədəd həbdən ibarət metadon adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 0.12 qram təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info