54,6 min nəfərdən çox şəxs Prezidentin aylıq təqaüdü ilə təmin olunur
Tarix: 17.03.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 623 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.
Onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həmin şəxslərdən həlak olanların ailə üzvlərinə bu təqaüd ödənilir), 19 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır. 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ödənilir.
Qeyd olunan şəxslərə yönələn Prezident təqaüdləri mütəmadi olaraq artırılır. Bu istiqamətdə növbəti addım kimi, dövlət başçısının cari ilin yanvar ayında imzaladığı fərmanlarla və sərəncamla müharibə əlillərinin, şəhid ailələrinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan vətəndaşların və digər müvafiq təbəqələrdən olan vətəndaşların, ümumilikdə nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin məbləği cari il fevral ayının 1-dən 10 faiz artırılıb.
Prezidentin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8 faiz artıb.


İlkin AĞAYEV











 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info