Arzu Rəhimov Oklahoma Milli Qvardiyasının Quru Qoşunlar komandanı qəbul edib
Tarix: 17.03.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti ilə ABŞ-ın Oklahoma Milli Qvardiyasının Quru Qoşunlar komandanı general-mayor Hopper Smitin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Tərəfdaşlıq Proqramı çərçivəsində ölkəmizdə rəsmi səfərdə olan nümayəndə heyəti ilə görüşdə general-leytenant Arzu Rəhimov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu qonaqların diqqətinə çatdırıb. Azərbaycan-ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini deyən general-leytenant Arzu Rəhimov bunun hər iki dövlətin maraqlarına xidmət etdiyini bildirib. Görüşdə tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında fikir mübadiləsi və müzakirələr aparıblar. Görüşdən məmnun qaldıqlarını bildirən general-mayor Hopper Smit Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasına ümid etdiklərini qeyd edib. General-mayor Hopper Smit Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndə heyətini Oklahoma ştatına səfərə dəvət edib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Fuad 




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info