“Doing Business 2016” hesabatında daha çox islahat aparan 24 ölkədən biriyik”
Tarix: 17.03.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Sahib Məmmədov: “Hesabatda ölkəmizin mövqeyi ötən illə müqayisədə 17 pillə yaxşılaşıb”

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Dünya Bankının Özəl sektorun inkişafı üzrə ekspertlərinin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə seminar keçirilib. Seminarda Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatının müvafiq göstəricilərinin qiymətləndirilməsi üzrə metodologiyaya edilmiş dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, özəl sektorun inkişafının sürətləndirilməsi məqsədi ilə sistemli, ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, əldə olunmuş uğurlar bir sıra beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilir. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatıdır. Ötən ilin oktyabrında açıqlanan “Doing Business 2016” hesabatında Azərbaycan dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Ötən ilki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Belə ki, “Doing Business 2016” hesabatında ölkəmizin ötən illə müqayisədə mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 80-ci yerdən 63-cü yerədək yüksəlib. Hesabatın əsas göstəricisi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 67.8-ə yüksəlib ki, (əvvəlki hesabatda 64.08) bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsini bir daha təsdiq edir.
Bundan başqa, dövlət başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 119 nömrəli fərmanına uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə 8 istiqamət üzrə islahatlar həyata keçirilir.
Dünya Bankı Qrupunun özəl sektorun inkişafı üzrə ekspertləri Valentina Saltane və Volha Hritskeviç hesabatın metodologiyasına edilmiş və nəzərdə tutulan yeni dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verib.
Diqqətə çatdırılıb ki, ötən ilki hesabatla müqayisədə “Doing Business 2016” hesabatına “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası” və “Əmlakın qeydiyyatı” göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilməklə qiymətləndirmə metodologiyasında dəyişikliklər olunub. Həmçinin, “Doing Business 2017” hesabatının metodologiyasında da bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.
Beynəlxalq Maliyyə Korporasiyasının Tapşırıq Qrupunun rəhbəri İrina Kokaian Azərbaycanla qurum arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri barədə danışıb.
Azərbaycana səfəri çərçivəsində Dünya Bankının ekspertləri ilə aidiyyəti dövlət qurumlarında görüşlər keçirəcək, “ASAN Xidmət”də lisenziyaların verilməsi prosesi ilə tanış olacaqlar.


İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info