“Ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsi” mövzusunda seminar
Tarix: 17.03.2016 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyinin “Gənclərin tədrisi proqramı” çərçivəsində martın 15-də “Ətraf mühitin mühafizəsinin hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib.
Bu barədə IDEA-dan məlumat verilib.
IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçirilmiş seminarda ətraf mühit, ekologiya və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak edib.
Seminar zamanı ətraf mühitin müxtəlif sahələri, o cümlədən ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, təbii landşaftın toxunulmazlığı, daxili suların təmiz saxlanılması, ekoloji təhlükəsizlik, sənaye çirkləndirməsi, tullantıların idarə olunması və s. üzrə ölkəmizdə qüvvədə olan qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Milli hüquq sistemimizdə mövcud tənzimləmə mexanizmləri və boşluqlar müzakirə olunub.
Bununla yanaşı, seminar zamanı ətraf mühitə vurulan zərərlərə görə qanunvericilikdə nəzərdə tutulan sanksiyalar haqqında danışılıb.
Bildirilib ki, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvan növlərinin ovlanması, sənaye və tikintidə ətraf mühitə zərərli fəaliyyət, ekologiyaya təhlükə yaradan fəaliyyət və s. hərəkətlərə görə qanunvericilikdə sərt tədbirlər nəzərdə tutulub və bu cərimə və cəzalar mütəmadi olaraq, artırılır.
Tədbirin interaktiv mühitdə keçirilməsi və iştirakçıların mövzuya xüsusi həssaslığı seminarın maraqlı keçməsinə şərait yaradıb.
Ətraf mühitə vurulan zərərlərə görə tətbiq edilən cəza və cərimələrdən ictimaiyyətin ətraflı məlumatının olmaması baxımından seminar zamanı əldə edilən məlumatlar iştirakçılar üçün səmərəli olmuş və ətraf mühitin mühafizəsi ilə bağlı qanunu mənimsəmələri baxımından öz töhfəsini verib.
IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və s. təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info