Belçikalı deputatların adı arzuolunmaz şəxslər siyahısına salınacaq
Tarix: 17.03.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“Belçikanın Flamand regionunun yerli qanunverici orqanının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaq”.
Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev 15 mart tarixində Belçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvünün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu səfər “Avropa ermənilərinin ədalət və demokratiya naminə federasiyası” tərəfindən təşkil edilib və federasiyanın prezidenti Kaspar Karampetyan səfər zamanı onları müşayiət edib: “Bu səfərdə iştirak etmiş regional deputatlar Belçika daxilində və onun hüdudlarından kənarda radikal separatizmi dəstəkləyən baxışlara malikdirlər. Hətta onların bəziləri etnik və dini zəmində nifrəti təşviq edən mövqeləri ilə fərqlənirlər. 
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək bu şəxslər.Ermənistanın Azərbaycana qarşı hərbi gücdən istifadə edərək təcavüzü, ölkəmizin ərazilərinin işğalı və işğal olunmuş torpaqlarda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma rejimin təşviq olunmasına xidmət edirlər. Bu kimi qeyri-qanuni səfəri həyata keçirərək onlar Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Dövlət Sərhədi haqqında” Qanunlarını və Miqrasiya Məcəlləsini pozublar. Müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaq”.
H. Hacıyev əlavə edib ki, erməni diaspor dairələri də bu kimi təxribatçı əməllərlə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına maneə olmağa çalışır: “Beynəlxalq hüquq, Belçika və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi ilə ziddiyyət təşkil edən bu əməllər barəsində Belçika Krallığının icraedici və qanunverici orqanlarına etiraz müraciətləri göndəriləcək”. 


Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub
16.09.2019
Sivil meydanı qoyub, anti-konstitusion üsulları seçənlər...
16.09.2019
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16.09.2019
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info