Gürcüstanın nazir müavini ölkəmizə təşəkkür etdi 
Tarix: 17.03.2016 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Martın 17-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 1-ci iclasında iştirak məqsədilə Bakıda səfərdə olan həmin ölkənin mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ə.Qarayev tərəfindən iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 1-ci iclasının uğurla keçirildiyini qeyd edilib. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması istiqamətində müvafiq işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.
Nazir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini L.Xaratişvili 1-8 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş YUNESKO-nun Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası zamanı Gürcüstanın “Qvevri – qədim gürcü ənənəvi şərab hazırlama üsulu”nun YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Əbülfəs Qarayev həmçinin 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barəsində məlumat verdi və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil ediləcəyinə əminliyini ifadə edib.
Qonaqlar səfər çərçivəsində bir neçə muzey və tarixi abidəni ziyarət etdiklərini bildirərək, Bakı şəhərinin gözəlliyi və Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını ifadə ediblər. Bununla yanaşı, səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə görə nazir Əbülfəs Qarayevə dərin təşəkkürlərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info