İnkişaf etmiş dövlətlər iqtisadi problemlərdən yaxa qurtara bilmirlər
Tarix: 18.03.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


ABŞ iqtisadiyyatında geriləmə
ABŞ Mərkəz Bankının (FED) faiz qərarı ilə bağlı ilk dəyərləndirmə “borc sənədi kralı” Bill Grossdan gəldi. Janus Global Fondunun rəhbəri Bill Gross, FED-in faiz dərəcələrini dəyişdirməməsi ilə bağlı qiymətləndirmədə sənaye istehsalı və həftəlik qazanclarla bağlı mənfi halların olduğunu qeyd edərək, “ABŞ iqtisadiyyatı yaxşı inkişaf etmir” deyib.
Mövcud faktlardan biri odur ki, ABŞ-da sənaye istehsalı fevralda bir əvvəlki aya nisbətən 0,5 faiz ilə, gözlənilənlərdən daha da geriləyib. “Reuters”ə açıqlamalar verən mütəxəssislər sənaye istehsalının 0.3 faizlə geriləyəcəyini, istehsal potensialının isə 76,9 faiz olacağını təxmin edirdilər. Daha əvvəl 0,9 faiz olaraq açıqlanan yanvar ayı üçün sənaye istehsalındakı artım 0,8 faiz olub .

Yaponiyanın ixracında
eniş davam edir

ABŞ və Çindən sonra dünyanın üçüncü böyük iqtisadiyyatı hesab edilən Yaponiyanın ixracatı 5 aydır düşməkdədir. Fevral ayında da ixracat keçən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalıb. İqtisadçılar isə ixracın 3,1 faiz azalmasını gözləyirdilər. İxracda eniş yanvar ayında 12,9 faiz səviyyəsində idi.
Fevral ayında ixrac 5 trilyon 703 milyard iyen olaraq reallaşıb. İdxal da fevral ayında keçən ilin eyni dövrünə görə 14,2 faiz azalıb. İqtisadçılar isə 15,2 faiz eniş gözləyirdilər. 14 aydır geriləyən idxal fevral ayında 5 trilyon 461 milyard iyen olaraq reallaşdı.

İngiltərədə istehsal azalıb
İngiltərə pul vahidi funt dollar qarşısında 2009-dan bu yana ən aşağı səviyyəyə enib. Digər tərəfdən, İngiltərənin 23 iyundakı referendumda AB-dən ayrılma ehtimalının sərmayəçiləri qorxutması ilə funt problem yaşadı və qeyri-sabitlik indeksi yüksəldi. İngiltərə pul vahidindəki zəifləmə ingilis ixracatçıları üçün müsbət və inflyasiya üçün də yuxarı istiqamətli bir təzyiq ünsürü olaraq görülə bilər. İngiltərədə inflyasiya yanvarda 0,3 faiz ilə Mərkəzi Bankın 2 faiz hədəfindən olduqca geridəydi. İngiltərədə daxili göstəricilər də qarışıqlıq göstərdi. “Markit”in İngiltərə iqtisadiyyatının dörddə üçünü əhatə edən xidmətlər indeksi təxminən 3 ilin ən aşağı səviyyəsinə gerilədi. “Markit” tikinti və istehsal sektoru göstəricilərinin də zəiflədiyini göstərir. İngiltərə maliyyə naziri Corc Osborne çərşənbə günü reallaşan büdcə ilə bağlı çıxışında ölkənin böyümə göstəricilərinin bu il üçün 2.4 faizdən 2 faizə, qarşıdakı il üçün 2.5 faizdən 2.2 faizə salındığını açıqlamışdı.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info