“Rusiyanın Suriyadan qoşunlarını çıxarması sürpriz oldu”
Tarix: 18.03.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Rusiyanın Suriyadan hərbi qüvvələrini çıxarması dünya mətbuatı tərəfindən müxtəlif aspektlərdən dəyərləndirilir. Məsələn, “Bloomberg” agentliyinin yaydığı xəbərə görə, Rusiyanın Suriyadan öz qoşunlarını çıxarması bu ölkənin İranla münasibətlərinə mənfi təsir göstərə bilər.
Belə ki, İranın Xarici İşlər naziri M. Zarif Rusiyanın bu addımını “müsbət” hal kimi dəyərləndirsə də, agentliyin fikrincə, əslində, İran bu addımı müsbət qəbul etmir. Agentliyin iddiasına görə, Rusiyanın belə bir addım atması Suriya dövlət başçısı Bəşər Əsəd tərəfində döyüşən ordunu təhdid qarşısında qoya və İranı öz qoşunlarının bu ərazilərə yeritməyə məcbur edə bilər. Ekspertlərin bir çoxu hesab edir ki, Moskva Suriyada son yaşananlar, o cümlədən Rusiya qoşunlarının bu ölkədən çıxarılması İran üçün tam sürpriz kimi dəyərləndirilir. Qeyd edilir ki, Rusiyanın belə bir addım atması Suriyada müxalifətlə danışıqlarda Bəşər Əsədin mövqeyini zəiflədə bilər. “Bloomberg”ə görə, məhz rus təyyarələrinin keçirdiyi hava hücumlarından sonra Əsəd ordusu münaqişə zonasında mövqelərini bərpa etməyə başlamışdı. Lakin rus təyyarələrinin Suriyadan çıxarılması, elə Dəməşqin özü üçün də sürpriz kimi dəyərləndirilməlidir. Belə ki, Suriya rəsmilərinin fikirlərinə istinad edən Livanın “As-Safir” qəzeti yazır ki, hökumət qüvvələrinin Palmira şəhərini almağa hazırlaşdığı bir zamanda rus təyyarələrinin ölkədən çıxarılması barədə qərarın qəbul edilməsi Dəməşqi də çətin vəziyyətə salıb. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin martın 14-də müdafiə naziri Sergey Şoygu və xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirdiyi iclasda Rusiyanın Suriyadakı əsas hərbi qüvvələrinin martın 15-dən başlayaraq bu ölkədən çıxarılacağını bəyan etməsi dünyada sürpriz qərar kimi qəbul edilmişdi. Putinin Obama ilə telefon əlaqəsi, əslində, bu qərarın sürpriz deyil, gizli sövdələşmə olduğunu təsdiqləyir. Qeyd edə ki, BMT və ABŞ-la yanaşı, Suriya müxalifəti də Rusiyanın bu addımını müsbət dəyərləndirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info