QHT-lərin xarici əlaqələri müzakirə edilib
Tarix: 18.03.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici QHT-lər və onların qurduğu koalisiyalarla tərəfdaşlıq münasibətləri olan, birgə layihələr icra etmiş QHT-lərlə görüş keçirilib. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği üçün 2013-cü ildən etibarən xarici QHT-lərin çoxsaylı layihələrini maliyyələşdirdiyini deyib. Müasir dünyada vətəndaş cəmiyyəti institutlarının artan rolunun əhəmiyyətini vurğulayan Azay Quliyev ölkə QHT-lərinin beynəlxalq platformalarda fəaliyyətlərini gücləndirmələrinin vacibliyini qeyd edib.
Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli bu görüşün milli QHT-lərin xarici tərəfdaşları ilə münasibətlərini, resurslarını və ideyalarını müzakirə etmək məqsədi daşıdığını bildirib. Ərəstü Həbibbəyli müasir dünyada beyin mərkəzlərinin, QHT-lərin “yumşaq güc”ün əsas elementlərindən biri olduğunu və bu imkandan səmərəli istifadə etmənin dövlətimizin qarşısında dayanan vəzifələrdən biri olduğunu deyib.
QHT rəhbərləri Faiq İsmayılov, Umud Rəhimoğlu, Asif Əsgərli, Nazim Əhmədli, Azər Həsrət, Araz Aslanlı, Çingiz Bayramov, Məzahir Əfəndiyev, Sevil Yusifova, Şəhla Nağıyeva, Nərgiz Xələf, İsmayıl Ağayev, Mirhəsən Həsənov, Rauf Zeyni və digərləri xarici QHT-lərlə əlaqələri və üzv olduqları koalisiyalardakı fəaliyyətləri haqqında danışıblar.
Görüşün sonunda QHT rəhbərlərinin səsləndirdiyi təkliflərin ümumiləşdiriləcəyi və xarici QHT-lərlə əməkdaşlıq təcrübəsinə malik milli QHT-lərin platformasının yaradılacağı qeyd edilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info