“Bakcell” “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın rəsmi sponsoru oldu
Tarix: 18.03.2016 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet povayderi “Bakcell” şirkətinin baş ofisində “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın Yerli Təşkilat Komitəsi ilə “Bakcell” arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer tərəfindən imzalanmış bu sponsorluq müqaviləsinin şərtlərinə əsasən “Bakcell” şirkəti 5- 21 may 2016-cı il tarixləri arasında Azərbaycanda keçiriləcək çempionatın təşkilati işlərinə maliyyə dəstəyi göstərməklə yanaşı, turnirin mobil rabitə partnyoru olmaqla Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil cihazlar və rabitə ilə təmin edəcək. “Azərbaycanda mühüm idman tədbirlərinin keçirilməsi ənənəvi hal alıb. Biz də milli operator olaraq öz növbəmizdə bu tədbirlərə dəstək göstərməyi özümüzə borc hesab edirik. Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində AFFA ilə tərəfdaşlığımız çərçivəsində davamlı şəkildə bir çox işlər görmüşük. Bundan öncə Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatının da rəsmi sponsoru olmuşduq. Bu il Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatının keçirilməsində əlimizdən gələn dəstəyi göstərməyimiz üçün AFFA tərəfindən verilən imkana görə təşəkkürümüzü bildiririk”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. AFFA-nın baş katibi Elxan Məmmədov: “Sevindirici haldır ki, 2012-ci ildən etibarən “Bakcell” şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin təşkili zamanı da biz “Bakcell” şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə “Bakcell” bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, “Bakcell”in əməkdaşlığı ilə “Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”. Qeyd edək ki, FIFA U-17 Avropa Çempionatı UEFA-nın üzvü olan ölkələrin U-17 milli yığma komandaları arasında 2001-ci ildən etibarən keçirilir. Sonuncu dəfə 2015-ci ildə bu çempionat Bolqarıstanda keçirilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info