“The New York Times”: “Çin ABŞ-a qarşı gizli kibermüharibə aparır”
Tarix: 26.02.2013 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“ABŞ provayderlərini amerikan korporasiyalarından informasiya terebaytlarını oğurlayan xaker qrupları ilə bağlı konfidensial ünvanların uzun siyahısı ilə təmin edən Obama administrasiyası vacib bir faktı unudub: hər bir adresin müəyyənləşdirilməsi faktiki olaraq onun Şanxayın yaxınlığındakı regiondan olduğunu göstərir ki, bu da Çin kiberdöyüşçülərinin mənzil-qərargahıdır”.
Bu barədə “The New York Times” qəzetində Devid Sencer yazır. Müəllifə görə, bu barədə ABŞ-ın məqsədli susqunluğu onu göstərir ki, Obama administrasiyası Çinin yeni və hələ özünü aydınlatmayan rəhbərliyinə hakerlərlə bağlı necə müraciət edəcəyini bilmir: “Belə bir vaxtda haker hücumlarının dayandırılmasını tələb etmək çox “ucadan” səslənilr, Çin isə bildirir ki, haker hücumlarında iştirak etmir. Bu məsələ göstərir ki, iki ən böyük dünya iqtisadiyyatı arasında sürətlə güclənən “soyuq kibermüharibə” son onilliklərin superdövlətləri arasında müşahidə edilmiş konfliktlərdən fərqlənir - bəzi cəhətlərinə görə, o, daha az təhlükəlidir, amma digər aspektlərdən isə kibermüharibə daha ağır və zərərvericidir”.
Müəllif bildirir ki, Çin ABŞ üçün birbaşa düşmən deyil: “Çin ABŞ üçün SSRİ kimi birbaşa düşmən deyil. Çin iqtisadi rəqib, vacib tədarükçü və müştəridir. Keçən il iki ölkə arasındakı mal mübadiləsi 425 milyard dollara çatıb. Diplomatiya sahəsində münasibətlərin gərginliyinə baxmayaraq, Çin ABŞ-ın əsas kreditorlarından biri olaraq qalır”. Müəllifin sözlərinə görə, ABŞ hakimiyyəti kiberhücumların hətta başqa tərəfdən yox, Çin kiberordusu tərəfindən baş verdiyinə şad olub. Amerikan hakimiyyətinin nümayəndələrinin sözlərinə görə, yaxın aylarda Vaşinqton bununla bağlı Çinin dövlət başçısı Si Tsinpin də daxil olmaqla Çin hakimiyyət nümayəndələrinə xəbərdarlıq edəcək: “Yaxın vaxtlarda Çinə ABŞ hakimiyyətinin milli təhlükəsizlik üzrə məsləhətçisi Tom Donilon və dövlət katibi Con Kerri göndəriləcək”. Devid Sencerin sözlərinə görə, onlar qeyri-rəsmi səviyyədə Çin liderinə anlatmağa çalışacaqlar ki, kiberhücumların bu miqyasda davam etməsi Çini onun Vaşinqtondakı müttəfiqləri olan amerikan iş adamlarından da məhrum edə bilər. Sencer onu da yazır ki, bu arqumentlərin təsirinin olacağı bilinmir: “Bu arqumentləri artıq bir dəfə gətiriblər və 2011-ci ilin mayında Pentaqonu ziyarət edən Çinin ali hərbi simalarından biri bəyan etmişdi ki, kibersilahlanma ilə bağlı heç nə bilmir və Çin bundan istifadə etmir”. Sencer onu da qeyd edir ki, Obama administrasiyası da heç vaxt ABŞ-ın kiberarsenalını müzakirə etməyib: “Amma Çin ordusunun kiberhücumları əsasən kommersiya müəssisələrinə yönəlib. Burada kommersiya sirlərini öyrənmək məqsədi güdülür. Məsələn, aviakosmik aparatların konstruksiyaları və ya külək elektrostansiyaları üçün avadanlıqların sxemini öyrənmək bura daxildir. Ordu Çinin sənayesinə çoxlu investisiya yatırıb və daim rəqabətli üstünlüklər axtarışındadır”.
O da qeyd edilir ki, hücumlar hələki Çin üçün nəticəsiz qalıb. ABŞ hakimiyyəti isə cavab üçün tərəddüd edir. Amma eyni zamanda bu barədə mümkün hərəkətəkeçmə sxemləri çox fərqlənir: sakit danışıqlardan iqtisadi sanksiyalara və ABŞ hərbi qüvvələrinin kiberkomandanlığı tərəfindən aparılacaq əks-hücumlara qədər”.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Çin üzrə analitiki Kris Consonun sözlərinə görə isə məsələ ondadır ki, Çini baş verənlərdən əl çəkdirmək çox asandır. Çünki ABŞ hakimiyyəti tərəfindən əks-hücumların olmasını kimsə istəməz. Yazı müəllifi qeyd edir ki, burada klassik “soyuq müharibə”dən fərqli daha bir əlamət üzə çıxır: o zaman belə situasiyada istənilən hücum dəhşətli əks-hücumla və insan itkisi ilə nəticələnə bilərdi. Amma kiberhücumların çoxu kommersiya informasiyalarının azalmasına gətirir, dağılmalara yox.
Eyni zamanda müəllif tərəfindən o da qeyd edilir ki, ABŞ infrastrukturuna hansı növ hücumun əks-hücum törədəcəyi məsələsi də tam ciddiliyi ilə müzakirə edilir.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info