Gəncə avtomobil zavodunda “Avro 5” standartına uyğun avtobus istehsal ediləcək
Tarix: 18.03.2016 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Zavodun məhsullarının Türkiyə, Qazaxıstan, Gürcüstan
və digər ölkələrə ixrac imkanları araşdırılır

Gəncə avtomobil zavodunda “Avro 5” standartına uyğun avtobusların istehsalına başlanılacaq. Bu yaxınlarda zavoda sınaq məqsədilə Belarusdan CNG qaz mühərrikli avtobus gətirilib. Bu cür avtobusların istismarı həm iqtisadi baxımdan səmərəli, həm də ekoloji cəhətdən münasibdir.
Həmin avtobusun Bakı şəhərində sınaqdan keçirilməsi üçün “BakuBus” şirkəti ilə razılığa da gəlinib. “Avro 5” standartlarına cavab verən ikinci model avtobusların isə Gəncə, Sumqayıt və digər şəhərlərin sərnişin daşınmasında istismarı əlverişlidir. Gələcəkdə zavodda tətbiq olunan yeniliklərdən sonra yerli istehsal hesabına bu avtobusların maya dəyəri 25-30 faiz aşağı düşəcək. Müəssisədə bu ildən etibarən şəhərdaxili sərnişindaşımalarında istifadə olunan MAZ avtobuslarının istehsalı da planlaşdırılır. Belarus mütəxəssisləri ilə birgə avtobusların karkas və interyer istehsalının yaradılması ilə bağlı işlər davam etdirilir. Gələcəkdə isə nəinki Belarus, eləcə də İtaliya, Almaniyadan gətirilən şassi üzərində müxtəlif dizaynda və beynəlxalq standartlara cavab verən avtobusların karkas hissəsinin və interyerin istehsalını təşkil etmək mümkün olacaq. Zavodun mütəxəssisləri Almaniya avadanlığını MAZ şassisi üzərinə quraşdırmaq üçün konstruktiv dəyişiklik ediblər. Görülən işlər alman və Belarus mühəndis-konstruktorlar tərəfindən yüksək qiymətləndirilib. Zavodun məhsullarının yalnız daxili bazarda deyil, həm də Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin bazarlarında yer alması üçün ixrac imkanları araşdırılır. Bu məqsədlə zavodun Gürcüstanda nümayəndəliyi fəaliyyətə başlayıb. Ötən il zavod Gürcüstana 358 min manat dəyərində texnika ixrac edib. Hazırda müəssisə Belarusdan olan tərəfdaşlarla birgə Gürcüstanda xüsusi təyinatlı texnika və avtobusların alınması ilə bağlı tenderdə iştirak edir. Razılığa əsasən, zavod tenderdə qalib gələcəyi halda, texnikalara texniki xidmət göstərəcək. Qeyd edək ki, Gəncə avtomobil zavodu ötən il 86 milyon 583 min manat dəyərində məhsul istehsalı ilə ən yüksək göstəriciyə nail olub. Hazırda zavodda 600-dən çox işçi çalışır. İlk dəfə “Oka”, UAZ, “CanQan” avtomobillərinin yığımı ilə işə başlayan müəssisədə hazırda 35 çeşiddə, müxtəlif modifikasiyalarda texnika istehsal edilir. 2007-ci ildən isə “Belarus” traktorlarının yığımına başlanılıb. Bu günə qədər istehsal müəssisəsində 8 model üzrə traktor, o cümlədən xüsusi təyinatlı, mini traktorlar istehsal edilib ki, onlardan da 5737-si dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, 497-si isə fermerlərə və fərdi sahibkarlara satılıb. Fəaliyyət göstərdiyi dövrdə zavodda 20 modeldə, müxtəlif modifikasiyalarda 2600 MAZ, “Kamaz”, “Ural” avtomobillərinin yığımı həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info