“Strateji yol xəritəsi iqtisadiyyatın yenidən qurulmasını nəzərdə tutan mühüm bir sənəddir”
Tarix: 18.03.2016 | Saat: 01:36:00 | E-mail | Çapa göndər


“Adıçəkilən strateji xəritə ilə nəzərdə tutulacaq tədbirlərin reallaşdırılması bütövlükdə ölkə iqtisadiyyatının yeni əsaslarla qurulması və beləliklə, onun neftdən asılılığının optimal bir həddə qədər endirilməsi demək olacaq”
Ölkə başçısı bugünlərdə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf edib, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin edib, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaradıb.
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Ölkədə həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib.
Mütəxəssislər ölkə başçısı tərəfindən təsdiq edilən strateji yol xəritəsinin mühüm əhəmiyyət kəsb etdiyini və ölkənin gələcək iqtisadi inkişafında böyük rol oynayacağını bildirirlər. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Palitra”ya bildirdi ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il Sərəncamı yaxın, orta və uzaq perspektiv üçün Azərbaycan iqtisadiyyatının müasir tələblər çərçivəsində əsaslı şəkildə yenidən qurulmasını nəzərdə tutan mühüm bir sənəddir: “Bu sənəd əsasında Azərbaycan iqtisadiyyatının güclü, zəif tərəfləri, onun real imkanları və mövcud ola biləcək təhlükələr müəyyən ediləcək, bir sözlə, onun faktlara əsaslanan 360 dərəcəli diaqnostikası aparılacaq. Bu isə o deməkdir ki, əsas istiqamətlər üzrə yeni proqramlar hər bir sahənin bütün reallıqlarını olduğu kimi nəzərə almaqla tərtib ediləcək. Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən 8 prioritet sektora xüsusi diqqət yetiriləcək. Bunlar, 4 istehsal sektoru: - neft- qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, 2 xidmət sektoru: - ixtisaslaşmış turizm, logistika və ticarət və 2 sosial sektor: - uyğun qiymətə mənzillər və kompleks məsələ kimi peşə təlimləri sahələrindən ibarət olacaq. Bu əsas sektorların hər biri üçün ayrıca həm diaqnostik hesabat, həm də yol xəritəsi olacaq”. Qeyd edək ki, strateji yol xəritəsinin hazırlanmasına bir sıra iqtisadçılar cəlb edilib. F.Yusifov da bildirdi ki, ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, yol xəritəsi və baxışın yekun versiyasının işlənib hazırlanmasında alimlər və bütövlükdə elm sektoru, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq tərəfdaşlardan ibarət geniş bir auditoriya iştirak edəcək. Bu strateji xəritənin ölkə iqtisadiyyatının inkişafında, mövcud problemlərin həllində roluna gəldikdə isə iqtisadçı qeyd etdi ki, adıçəkilən strateji xəritə ilə nəzərdə tutulacaq tədbirlərin reallaşdırılması bütövlükdə ölkə iqtisadiyyatının yeni əsaslarla qurulması və beləliklə, onun neftdən asılılığının optimal bir həddə qədər endirilməsi demək olacaq: “Xarici təsirlərdən maksimum sığortalanacaq, dayanaqlı bir iqtisadiyyat isə ölkə əhalisinin sosial durumunun müasir tələblər səviyyəsində təşkilinə şərait yaradacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info