Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb
Tarix: 18.03.2016 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb. Birinci xanım Mehriban Əliyeva ölkəmizdə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirib.
Pakistanın Azərbaycandakı səfirinin xanımı, Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının rəhbəri Asima Qayser görüş iştirakçılar adından çıxış edərək xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb. O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib. Asima Qayser deyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi onun üzvlərinin bir-biri ilə dost olaraq sosial və mədəni təbirlərdə iştirak etmək, Azərbaycanı daha yaxından öyrənməkdir. Xanım Asima Qayser Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Görüşə görə Azərbaycanın birinci xanımına təşəkkürünü bildirən təşkilatın rəhbəri belə görüşlərin ənənəvi olaraq keçirilməsini təklif edib və Azərbaycan xalqına qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Birinci xanım Mehriban Əliyeva deyib ki, Azərbaycan, xüsusilə də paytaxt Bakı bu gün demək olar ki, dünyanın ən gözəl şəhərlərindən biridir. Burada rahat və çox gözəl həyat tərzi sürmək üçün bütün imkanlar var: “Əminəm ki, siz ölkəmizin və paytaxtımızın tarixi ilə tanışsınız. Bakı özündə həm Qərb, həm Şərq mədəniyyətini, həm qədimliyi, həm müasirliyi birləşdirir. Yəqin ki, siz də bu şəhərdə yaşamağın ləzzətini duyursunuz. Fikrimcə, hər yerdə olduğu kimi, Azərbaycanda da insanların qəlbində olan münasibət ən əsas məqamdır. Əlbəttə, ölkələrimiz arasında olan münasibətlərin möhkəmlənməsi işinə siz də böyük töhfə verirsiniz. Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər”. Sonra çıxış edən Niderlandın ölkəmizdəki səfirinin xanımı Ursula Çehner təşkilatın xeyriyyə layihələrindən danışıb. Mehriban Əliyeva Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının layihələrini dəstəkləməyə hazır olduğunu qeyd edib. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info