Macarıstan partiyası Ermənistanın işğalçılıq siyasətini pisləyib
Tarix: 26.02.2013 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Macarıstan parlamentində 46, Avropa Parlamentində 3 deputat mandatına malik olan Yobbik - “Ən yaxşı Macarıstan uğrunda” adlı sağ təmayüllü siyasi partiya erməni hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımın 21-ci ildönümü münasibəti ilə bəyanat yayıb.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, sənəddə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edən partiya Ermənistanın regionda yürütdüyü işğalçılıq siyasətini qətiyyətlə pisləyir, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların münaqişənin ədalətli yolla tənzimlənməsi, Azərbaycanın suverenliyinin və ərazi bütünlüyünün bərpa olunması, qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtması barəsindəki qətnamələrinin təxirə salınmadan həyata keçirilməsini tələb edir. “Ən yaxşı Macarıstan uğrunda” partiyası 2011-ci ilin aprelində ölkə Parlamentində Dağlıq Qarabağdakı erməni işğalını pisləyən və Xocalı soyqırımının tanınmasını tələb edən qətnamə layihəsi ilə çıxış edib. O zaman sənədin qəbul olunması yolunda ciddi maneələr yaradılmasına baxmayaraq, partiya bu istiqamətdəki səylərini dayandırmadığını və yeni proses başlatdığını bildirib. Bəyanatın mətni partiyanın rəsmi saytlarında yerləşdirilib, habelə parlament üzvləri və mətbuat nümayəndələri arasında yayılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info