“L’Opinione”: “Ermənistanda aqressiv və dözümsüz mühit mövcuddur”
Tarix: 18.03.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


İtaliyanın “L’Opinione” qəzetinin saytında Ermənistandakı kriminal hərbi diktatura rejiminin ifşa olunduğu məqalə yayılıb. “Ermənistan və sülh fəalı George Vanyanın həyatına təhlükə” sərlövhəli məqalədə qeyd edilir ki, Ermənistan Avropa dəyərlərini bölüşmək əvəzinə, ölkədəki təhdid və təzyiq faktlarını gizlətməyə çalışır. Ermənistanda fundamental demokratik prinsiplərin, insan haqlarının müdafiəsi və ifadə azadlığı kimi dəyərlərin kobudcasına pozulduğunu erməni fəal G.Vanyanın fəaliyyəti kontekstində təhlil edən italiyalı jurnalist bu ölkədə aqressiv və dözümsüz mühitin mövcudluğunu vurğulayır.
Yazıda Ermənistan və Azərbaycan cəmiyyətləri arasında dialoq və sülh üçün müxtəlif təşəbbüsləri və layihələri reallaşdırmaq məqsədilə yaradılmış Qafqazda Sülh Təşəbbüsü Mərkəzinin fəaliyyətinə toxunulur. Diqqətə çatdırılır ki, qurumun prezidenti G.Vanyan son zamanlar Qərb mediasının diqqət mərkəzindədir. Onun bu sülhpərvər fəaliyyəti Ermənistan hökumətinin dəstəklədiyi ifrat milliyyətçi qruplaşmalar tərəfindən heç də müsbət qarşılanmayıb. Hətta həmin qruplaşmalar onu ölümlə belə hədələyirlər. Təqib və təhdidlərdən xilas olmaq üçün o, Almaniyanın Siyasi Motivlərə görə Təqib Olunan Şəxslərə Dəstək Fondunun bir illik siyasi sığınacaq təklifini qəbul edib. G.Vanyan 2012-ci ildə İngiltərə, ABŞ, Almaniya təşkilatlarının dəstəyi ilə keçirilməsi nəzərdə tutulan sülh festivalının əsas təşkilatçılarından biri idi. Lakin erməni milliyyətçilərinin təhdid və əks-təbliğatı nəticəsində tədbir təxirə salınıb.
Müəllif yazır ki, 2007-ci ildə G.Vanyanın rəhbərlik etdiyi təşkilat Yerevandakı məktəblərdən birində “Azərbaycan günləri” adlı mədəni tədbirin keçirilməsini planlaşdırırdı. İndiyədək Ermənistanda analoqu olmayan belə bir tədbirin keçirilməsinə Azərbaycana qarşı nifrət siyasəti həyata keçirən Ermənistanın milliyyətçi dairələri əngəl törədiblər. Uzun müddət ölüm təhdidlərinə məruz qalan G.Vanyanın sülhpərvər fikirlərini pisləyən Ermənistan mətbuatı onun fəaliyyətinə “xəyanətkar” damğası vurub. G.Vanyanın Azərbaycan mətbu orqanlarına verdiyi müsahibələr təxribat fəaliyyəti kimi qiymətləndirilib.
Yazıda qeyd olunur ki, G.Vanyanın Xocalı soyqırımına dair mövqeyi erməni tərəfinin böyük narazılığına səbəb olub. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək 600-dan çox mülki şəxsi qətlə yetirməsi və Xocalıda törədilmiş digər dəhşətlərlə bağlı həqiqətləri söylədiyi üçün ermənilərin G.Vanyana qarşı dözülməz münasibəti daha da kəskinləşib. Xocalı soyqırımını insanlıq əleyhinə cinayət kimi qiymətləndirən G.Vanyan bir gün cinayətkarların qanun qarşısında cavab verməli olacaqlarına ümid bəslədiyini bildirib. O deyib: “Ermənistanda Xocalı haqqında danışmaq qəti qadağandır. Lakin ictimaiyyətə açıq müzakirələr aparmaq imkanı verilməlidir. Seminarlar təşkil etmək əvəzinə, sadə vətəndaşların toplaşdığı məkanlarda müzakirələr aparmaq daha səmərəli nəticələr verə bilər. Lakin təəssüflər olsun ki, Ermənistanın rəsmi dairələri bu cür təşəbbüslərə isti yanaşmır”.
Məqalədə qeyd olunur ki, ötən ilin martında Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Müjniyeks Ermənistanda insan haqlarına dair hesabatında maraqlı məqamlara toxunaraq deyib: “Ermənistanda prokurorluq orqanlarının qərəzlilik və bütün sistemə dominantlıq etmək kimi problemi var. Bu ölkənin məhkəmə sistemində ədalətli yanaşma kontekstində müdafiə hüququnun gücləndirilməsinə ehtiyac var. Bəraət hallarının statistikası Ermənistanda təqribən 3 faizdir ki, bu da çox aşağı göstəricidir. Prokuror və hakimlər arasında sıx əlaqələr var və çox vaxt prokuror hakim rolunu ifa edir. Ümumiyyətlə, bu ölkənin ədalət sistemində müdafiənin yeri çox zəifdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir
20.09.2019
ABŞ iki kubalı diplomatı ölkədən qovur
20.09.2019
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi
20.09.2019
ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info