“Azərbaycan iqtisadiyyatının diversifikasiyasına dəstək verməyə hazırıq“
Tarix: 18.03.2016 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlər möhkəm təməl üzərində qurulub.
Bunu “The Business Year” jurnalına müsahibəsində Avstriya prezidenti Haynts Fişer deyib.
Onun sözlərinə görə, Azərbaycandan Avstriyaya ixracın 90%-ni neft təşkil edir: "Bu ona göstərir ki, Azərbaycanın ixracı neftdən asılıdır. Biz başa düşürük ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyasını və islahatlar həyata keçirməyə çalışır. Bu, çox mürəkkəb və uzun vaxt tələb edən bir prosesdir. Digər region ölkələri də oxşar problemlərlə qarşılaşır. Avstriya iqtisadi diversifikasiya sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Bir çox Avstriya şirkətləri planlaşdırma, arxitektura və tikinti biznesi ilə məşğuldur. Neft və qaz hasilatı sahəsində yüksək keyfiyyətli avadanlıq təchizatçısı kimi Avstriya Azərbaycan texnoloji inkişafa öz köməyini əsirgəməyib. Avstriyadan Azərbaycana ixracda əhəmiyyətli yer tutan əczaçılıqla da bağlı bunu söyləmək mümkündür. Bu baxımdan texnoloji sahədə universitet və akademik əməkdaşlıq faydalı olardı".
Prezident əlavə edib ki, son 10 il ərzində Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi təxminən 10 dəfə artıb. Onun sözlərinə görə, ötən ilin birinci yarısının nəticələrinə görə, Avstriya Azərbaycanın idxal tərəfdaşları arasında 5 mühüm ölkədən biri olub: "2010-cu ildə ikitərəfli ticarət münasibətlərinin inkişafı və genişləndirilməsi üçün Avstriyanın Federal İqtisadiyyat Palatası Bakıda ofis açıb. Ötən il sənayenin müxtəlif sahələrini təmsil edən 30 şirkətin iştirakı ilə iki biznes forum keçirilib. Bundan başqa, Avstriyanın Federal İqtisadiyyat Palatası ayrı-ayrı sahibkarlar və şirkətlərin də Azərbaycanda fəaliyyətini dəstəkləyir".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info