ABŞ Konqresində Azərbaycana dəstək günü keçirilib
Tarix: 18.03.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın yəhudi və müsəlman icmalarının nüfuzlu nümayəndələri ilk dəfə bir araya gələrək ABŞ Konqresində Azərbaycana dəstək günü (Azerbaijan Appreciation Day) keçiriblər.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
“Etnik Anlaşma Fondu”nun (FFEU – Foundation For Ethnic Understanding) və onun prezidenti ABŞ yəhudi icmasının tanınmış üzvlərindən olan ravin Mark Şnayerin təşəbbüsü ilə yüzədək ABŞ yəhudi və müsəlman icmasının nüfuzlu üzvlərindən ibarət qrup ABŞ Konqresində Azərbaycana dəstək gününün keçirilməsi məqsədilə Vaşinqtonda toplaşıblar.
Qeyd edək ki, tarixdə ilk dəfədir ki, bu kimi nüfuzlu qrup məhz Azərbaycanı dəstəkləmək məqsədilə ABŞ Konqresində görüşlər keçirmişdir. Qrupa daxil olan tanınmış ictimai xadimlər arasında həmçinin Şimali Amerika İslam Cəmiyyətinin (İSNA - İslamic Society of North America) milli direktoru Dr. Səyyid Syed və Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin (The Network for Religious and Traditional Peacemakers) Vaşinqton ofisinin direktoru Dr. Mohamed Elsanusi də iştirak edib.
ABŞ Konqresinə yola düşməzdən əvvəl qrup Azərbaycan Respublikasının ABŞ-da Səfirliyi tərəfindən təşkil olunmuş nahar yeməyinə qatılıb.
Tədbir zamanı çıxış edən qrupun təşəbbüskarı ravin Mark Şnayer danışaraq, ölkəmizə 3-cü Mədəniyyətlərarası Ümumdünya Forumunda iştirak etmək məqsədilə səfərini xatırladı və Bakıdan olduqca xoş təəssüratlarla döndüyünü deyib. O, Azərbaycanın tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət səviyyəsi baxımından region və bütün dünya üçün nümunə olmasında bir daha əmin olduğunu bildirib.
Yəhudi icmasının Azərbaycanda vəziyyətinə toxunan ravin ölkəmizin “yəhudilər və İsrailin əsl dostu olduğunun” deyib.
O eyni zamanda yəhudi və müsəlman icmalarının bir araya gələrək məhz Azərbaycanı dəstəkləmək üçün ABŞ qanunvericilərinə üz tutmalarının təsadüf olmadığını qeyd etməklə bərabər, belə təşəbbüsün ümumiyyətlə tarixdə ilk dəfə keçirildiyini bildirib. Ravin Şnayer Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoqa dəstək və töhvəsini yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin Süleymanov ravin Şnayerə səylərinə görə təşəkkürünü bildirdi. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin Şərqin ilk demokratik dövləti olduğunu və burada din, dil, milliyət və ya cinsi mənsubiyyətə baxmayaraq bütün vətəndaşların bərabər hüquqa malik olduğunu, bu dəyərlərin Azərbaycan xalqı üçün dərin ənənəsindən danışıb.
Səfir antisemitizm və islamofobiyaya gəldikdə Azərbaycanın bu iki bəlanın eyni dərəcədə qəbuledilməz hesab etdiyini və bu səbəbdən ölkə rəhbərliyi tərəfindən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və genişlənməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Bununla bağlı ölkəmizdə bir sıra nüfuzlu, beynəlxalq səviyyədə tədbirlərin təşkil olunduğunu xatırladaraq bu siyasətin davam etdiriləcəyini söyləyib. Azərbaycanlı diplomat qeyd etdiyi səylərin müasir dünyada qarşılaşdığımız radikallığa qarşı güclü silah olacağına inandığını deyib.
O bildirib ki, müasir Azərbaycan müxtəlif mədəniyyət və dinlər arasında sülh və dostluq şəklində birgəyaşayış baxımından nəyin mümkün ola biləcəyinin nümunəsidir və ölkəmizlə İsrail arasında münasibətlərin bu müstəvidə hamımızın uğurlu ola biləcəyimizi göstərir.
Bundan sonra çıxış edən Şimali Amerika İslam Cəmiyyətinin (İSNA - İslamic Society of North America) milli direktoru Dr. Səyyid Syed Azərbaycanın müsəlman dünyasında da nümunə rolunu qeyd edərək, ölkəmizdə müxtəlif müsəlman təriqətləri arasında problem yaşanmadığını bildirib.
Dr.Syed Azərbaycanı Fələstin xalqını dəstəkləməsi ilə bərabər İsrail Dövləti ilə də münasibətlərinin yüksək səviyyədə olduğuna görə alqışlayıb. Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoqa verilən töhfə və bu istiqamətdə fəaliyyətinin dünyada sülhün bərqərar olmasına yardım etdiyini deyərək Azərbaycan kimi ölkələrin nümünəsinin antisemitizm və islamofobiyaya qarşı mübarizədə köməyindən danışıb. Çıxışının sonunda o "bir Amerikalı müsəlman kimi Azərbaycan kimi ölkədən qürur duyduğunu" deyib.
Həmin gün sözügedən qrup ABŞ Konqresində Azərbaycan günü çərçivəsində bir sıra nüfuzlu konqresmenlərlə görüşərək onlara Azərbaycanın müstəsna vacibliyindən danışaraq ölkəmizi dəstəkləməyə çağırıblar.
Qrupun üzvlərinin sözlərinə görə, həmin görüşlər zamanı həm müsəlman, həm də yəhudi icmalarının məhz Azərbaycanı dəstəkləmək ətrafında bir yerə gəlməsi Konqres üzvlərinə çox müsbət təsir bağışlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info