ADA Universitetinin tələbələri mükafatlandırılıblar
Tarix: 18.03.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Təmiz Şəhər” ASC-nin ADA Universitetinin Xəzər – Enerji və Ətraf Mühit Mərkəzi ilə birlikdə bu universitetin tələbələri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələri məlum olub və universitetdə keçirilən tədbirdə ən yaxşı 3 essenin müəllifi mükafatlandırılıb.
Şirkətdən verilən məlumata görə, “Green Soulitions” (“Yaşıl Həllər”) adlı müsabiqəyə qatılmaq üçün tələbələr “Yaşıl düşüncə nədir?”, “XXI əsrin ekologiyasına kömək”, “Ətraf mühitin sağlamlığı kimdən asılıdır?”, “Özündən başla – yaşıla keç”, “Tullantıların çeşidlənməsi, evdən başla” və ya “Ekologiya və biz. Kömək vaxtı” mövzularından hər hansı birində esse yazılıb və bu yazılar 2015-ci il dekabrın 1-dən fevralın 20-dək qəbul olunub.
Son təhvil tarixindən sonra “Təmiz Şəhər”in və Xəzər – Enerji və Ətraf Mühit Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti esseləri oxuyub və qiymətləndirib. Ən yaxşı 3 inşanın müəlliflərinə pul mükafatları verilib.
Mükafatlandırma tədbirində çıxış edən “Təmiz Şəhər” ASC-in idarə heyəti sədrinin müşaviri Oqtay Məmmədov bildirib ki, səhmdar cəmiyyət bu müsabiqə ilə tələbələrdə ətraf mühitin qorunması, tullantıların idarə olunması məsələlərində diqqət yaratmağa çalışıb: “Bu, tələbələr üçün bir stimul olub, esse yazarkən araşdırmalar edib və sahəni daha dərindən öyrəniblər”.
“Təmiz Şəhər” ASC bir çox təhsil müəssisələri ilə gənclərin tullantıların idarə olunmasında bilgilərinin və iştirak səviyyələrinin artırılması istiqamətində əməkdaşlıqlar edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info