“Rusiya - Türkiyə münasibətlərindəki gərginlik Bakı və Moskvanın münasibətlərinə təsir etmir”
Tarix: 18.03.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Rusiya - Türkiyə münasibətlərindəki gərginlik Bakı və Moskvanın münasibətlərinə təsir etmir”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində deyib.
E. Məmmədyarov qeyd edib ki, rus-türk münasibətlərinin qısa müddət ərzində normallaşmasında Rusiya və Türkiyə ilə dost münasibətləri olan Azərbaycan hamıdan çox maraqlıdır: “Bu məsələdə vasitəçilik ifadəsi çox yüksək səslənir. İstənilən halda, mən bunu həm türk, həm də rusiyalı həmkarımla müzakirə edirəm. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması hadisəsindən sonra biz dəfələrlə bu məsələni Serqey Lavrovla müzakirə etmişik. Qarşılıqlı anlaşmaya nə qədər tez nail olunsa, hamı üçün bir o qədər yaxşı olacaq”.
Rusiya xarici işlər naziri ilə növbəti görüşlərində ikitərəfli əməkdaşlıq, əsasən də, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının müzakirə ediləcəyini bildirən E. Məmmədyarov “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı məsələnin də gündəlikdə olduğunu qeyd edib.
Ermənistanın bu layihədən kənarda qalmasının səbəbləri ilə bağlı jurnalistin sualını cavablandıran nazir bu layihədə hansı formada iştirakı İrəvanın müəyyənləşdirməli olduğunu diqqətə çatdırıb: “Azərbaycan və Ermənistanın dəmiryol və nəqliyyat infrastrukturunu müqayisə etsək, səviyyəcə üst-üstə düşmür. Bizim dəmiryolu İran sərhədinə qədər çəkilib. İlin sonunadək dəmiryolu körpüsünün tikilməsi və dəmiryolunun İrana birləşdirilməsi reallaşdırılacaq. İran tərəfi yaxın iki ildə Rəşt-Astara dəmiryolunun tikintisini bitirməyi planlaşdırır. Söhbət artıq mövcud olan, real infrastrukturdan gedir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info