TUMİB Şabran şəhərində multikulturalizmlə bağlı tədbir keçirib
Tarix: 18.03.2016 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şabran rayon İcra Hakimiyyətinin dəstəyilə Şabran şəhərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" mövzusunda konfrans keçirib.
Təbbir iştirakçıları əvvəlcə martın 13-də qardaş Türkiyədə baş vermiş terror aktı nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə Şabran Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Minə Quliyeva açıb. M.Quliyeva konfrans iştirakçılarına Şabran rayonunun dini-etnik tərkibi haqda geniş məlumat verib. Qeyd edib ki, Şabranda ayrı-ayrı etnik qrupların və müxtəlif dinlərin təmsilçilərinin birgəyaşayış modeli dünya üçün parlaq nümunədir.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdikdən sonra layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməlidir. TUMİB sədri deyib ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq basilica vəzifə olmalıdır.
Ç.Bayramov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması bu siyasətin davamıdır. “Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları üçün deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir”, - deyə TUMİB sədri qeyd edib.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə bildirib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə həssas yanaşır. Natiq deyib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. “İndi həssas dövrdür. Azərbaycanda nifaq toxumu səpmək istəyənlərə qarşı birgə mübarizə aparmağa ehtiyac var. Azərbaycan gənci bu prosesin önündə getməlidir”, - deyə S.Verdizadə bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsinin əməkdaşı Ramin Xudayev deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. R.Xudayev bildirib ki, bu müsbət tendensiya bu gün də davam edir.
Layihələr departamentinin rəhbəri Raida Hüseynova analoji layihələrin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür layihələr gənclər arasında vətənpərvərlik təbliğatının güclənməsinə təkan verəcək.
Şabran şəhər “Xıdır Zində” məscidinin axundu Rahib Mövsümov, TUMİB Gənclər Mərkəzinin üzvü Samir Pənalıyev, Şabran şəhər Tarix-diyarşünaslıq muzeyinin müdiri Vəfa Hüseynova və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info