Bayram ərəfəsində Naxçıvanda ucuzluq müşahidə olunur
Tarix: 18.03.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Novruz bayramı ərəfəsində Naxçıvan şəhərinin bazarlarında və yarmarkalarda ucuzluqdur. Muxtar respublikada həm qiymətlərə, həm də məhsulların keyfiyyətinə nəzarət daha da artırılıb.
Naxçıvan şəhərindəki “Cahan” Ticarət Mərkəzində Novruz bayramı münasibətilə topdan və pərakəndə satış obyektlərinin, piştaxtaların önü qələbəlik idi. Bu da qiymətlərin əhali üçün sərfəli olduğunu göstərirdi. Bayram ərəfəsində qiymətlərin ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.
Satıcılar qiymətdə heç bir artımın olmadığını və alıcıların mövcud qiymətlərdən razı qaldıqlarını deyirlər. Bazarda qiymətlərin hər kəsin büdcəsinə uyğun olduğunu bildirən satıcılardan Elgün Abbasov bildirib ki, piştaxtasında satılan meyvələrin qiyməti hər kəsin büdcəsinə görədir. Bundan başqa, aidiyyəti qurumlar tərəfindən gündəlik olaraq qiymətlərə nəzarət edilir, qiymət yarlıqlarının satılan malın üzərində olmasına diqqət göstərilir. Ümumiyyətlə, tək bayramlarda deyil, hər gün qiymətlərin ucuz olmasına çalışırıq.
Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda alıcılar da satıcılar kimi qiymətlərdən məmnun qaldıqlarını bildiriblər. Alıcılardan Mətanət Orucova yarmarkada bol seçim imkanının, bazardakı qiymətlərin qaneedici olduğunu deyib. Təbii ki, yarmarkanın öz üstünlükləri var. Torpaq mülkiyyətçiləri, fermerlər məhsulu kəndlərdən gətirib özü satır, alverçilərə vermir. Bu da məhsulun çeşidini artırır, qiymətləri daha da aşağı salır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Rəqabətin qorunması və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədov qeyd edib ki, bayram ərəfəsində təşkil edilən yarmarkalarda və bazarlarda həm qiymətlərə, həm də məhsulların keyfiyyətinə nəzarət olunur. Qiymətlərə nəzarət etmək üçün nazirliyin işçi qrupları yaradılıb. Bundan başqa, nazirlik Novruz bayramı ərəfəsində qiymətlərin süni şəkildə artırılması faktlarının aşkar olunmasına yönəldilmiş müntəzəm monitorinqləri intensivləşdirib. Bazarlarda ərzaq mallarının qiymətlərinin sabit dinamikası saxlanılır və dəyişiklik qeydə alınmayıb.
Müsahibimiz onu da bildirib ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə daxili bazarda qiymət intizamına əməl olunması və süni bahalaşma hallarının qarşısının alınması təkcə bayram ərəfəsində deyil, ilboyu aktuallıq kəsb edən məsələlərdəndir. Sahibkarlarla qiymətlər barədə müzakirələr aparılıb. Bazarda süni qiymət artımı hallarının qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində müvafiq işçi qrupları yaradılaraq muxtar respublikanın şəhər, rayon, qəsəbə və kənd mərkəzlərində fəaliyyət göstərən ticarət obyektlərində gündəlik maarifləndirici monitorinqlər keçirilib. Aşkar olunmuş nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, qiymət artımının qarşısının alınması məqsədilə ərzaq və qeyri-ərzaq məhsullarının üzərinə qiymət yarlıqlarının vurulması təmin edilib, pərakəndəsatış qiymətlərinə gündəlik nəzarət olunub.
Manatın devalvasiyasından sonrakı müddətdə muxtar respublikaya idxal olunan məhsulların qiymətlərində müəyyən artımın yaranması zərurətini nəzərə alaraq, 15 sahibkarlıq subyektinin idxal edilən ərzaq və qeyri-ərzaq məhsullarının yeni qiymətlə satışına icazə verilməsi haqda müraciətlərinə baxılıb, müvafiq təhlillər aparılıb. Yerli istehsal məhsulları nəzərə alınaraq, ümumilikdə, 863 çeşid məhsulun qiyməti təhlil olunub və qiymətləri nəzərdə tutulan həddən aşağı olan məhsulların satışına icazə verilib. Bütün bu tədbirlər əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Xızıda yol tikintisinə 850 min manat ayrılıb
22.02.2019
“Binə”dən oğurluq edən şəxs saxlanılıb
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info