“Kütləvi çıxarış” kampaniyası Xaçmazda
Tarix: 18.03.2016 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa yerlərdə keçirdiyi “Kütləvi çıxarış” kampaniyası növbəti dəfə martın 18-də Xaçmaz rayonunda keçirilib.
Bu barədə Komitədən məlumat verilib.
Kampaniya zamanı 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. 150-dək sakinə onların fərdi həyət evi və torpaq sahələrinə, o cümlədən pay torpaqları, vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaqlara dair dövlət reyestrindən çıxarışlar və texniki pasportlar təqdim olunub.
Artıq texniki pasportların da komitə tərəfindən hazırlanaraq ünvanlarda vətəndaşlara çatdırılması kampaniyada növbəti yenilikdir. Bu kampaniya zamanı 100-ə yaxın sakindən isə ilkin mülkiyyət sənədləri çıxarışlarla əvəz olunması məqsədilə qəbul edilib.
Kampaniya çərçivəsində qeydiyyat orqanının əməkdaşları mobil ofislər vasitəsilə (ayrılmış xüsusi nəqliyyat vasitələrində) birbaşa vətəndaşların yaşadığı ərazilərə gedərək əmlakın qeydiyyatı üçün sənədləri qəbul edirlər. Bu sənədlərin əsasında çıxarışlar da əmlak sahiblərinin yaşadığı ərazilərdə paylanır, yəni vətəndaşların bunun üçün qeydiyyat idarələrinə müraciət etməsi tələb olunmur.
Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olmaqdadır. İndiyədək artıq 7000-dən çox vətəndaş kampaniyadan faydalana bilib. Ümumilikdə mobil ofis xidmətləri vasitəsilə isə 88 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Məhz kampaniya çərçivəsində yaradılan rahat və əlverişli şərait səbəbindən əmlakını dövlət qeydiyyatına almaq istəyən vətəndaşların sayı getdikcə artmaqdadır.
Əmlak Məsələləri Dövlət Komitəsi ölkə vətəndaşları, xüsusilə də əmlak sahibləri üçün növbəti çox mühüm və faydalı yenilik edib. Bu gündən etibarən Komitə vətəndaşlara pulsuz hüquqi məsləhətlər göstərməyə başlayır. İndiyədək komitə daşınmaz əmlakın qeydiyatı, eləcə də bu sahədə digər xidmətlərin sadələşdirilməsi ilə bağlı çoxsaylı yeniliklər edib.
Bura mobil ofis xidmətləri, “bir pəncərə” prinsipinin tətbiqi, «Kütləvi çıxarış» kampaniyaları, elektron, onlayn xidmətlər və başqa yeniliklər aiddir. Növbəti yenilik də ölkədəki əmlak sahiblərinin ən böyük ehtiyac duyduğu məsələyə aiddir.
Belə ki, vətəndaşların əksəriyyəti əmlak qanunvericiliyi, daşınmaz əmlakın qeydiyyatı prosedurları və bunun üçün tələb olunan sənədlər barədə lazımi məlumata sahib deyillər. Nəticədə, əmlakın qeydiyyatı üçün hansı sənədlərin tələb olunduğunu və onların hansı qurumlar tərəfindən verildiyini bilmirlər. Buna görə də, bəzən öz əmlaklarının qeydiyyatı zamanı çətinliklərlə üzləşirlər.
Bu çətinlikləri həll etmək üçün komitə əmlak sahibləri üçün hüquqi məsləhət xidmətinə start verib. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edərək öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallar verə bilər.
Komitənin əməkdaşları vətəndaşlara bütün bu məsələlərin həllində yardım edəcəklər. Qeyd edək ki, vətəndaşlar əmlakın qeydiyyatı ilə bağlı hüquqi məsələlər barədə komitəyə indiyədək də müraciət edib cavab alırdılar.
İndiki yenilik isə həmin xidmətdən kökündən fərqlənir. Belə ki, əmlakını qeydiyyata aldırmaq istəyən şəxs komitəyə müraciət edərək bunun üçün tələb olunan sənədlərin siyahısını dəqiqləşdirərkən, komitə əməkdaşları, həmin şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən, necə əldə edilməsi barədə də məsləhətlər verəcəklər. Bu yenilik əhalinin əmlakın qeydiyyatı sahəsində maariflənməsinə və məlumatlılığının artması ilə yanaşı, əmlakın qeydiyyatının da sürətlənməsinə və leqal əmlak dövriyyəsinin böyüməsinə imkan verəcək.
“Kütləvi çıxarış” kampaniyası zamanı paylanan çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq ilkin hüquqi sənədlər əsasında verilib. Bu sənədlərə əmlaka dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və Qanunda əksini tapmış digər hüquqi sənədlər daxildir.
Xaçmaz rayonunda keçirilən kampaniya çərçivəsində torpaq uçotu ilə bağlı da geniş maarifləndirmə işləri aparılıb. Qeyd olunub ki, dövlət başçısı tərəfindən 07 mart 2016-cı il tarixində torpaq münasibətlərinin daha səmərəli tənzimlənməsi məqsədilə Torpaqların Elektron Uçotu Sisteminin yaradılması barədə Fərman imzalanıb. Fərman dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq və rəqəmsal kadastr xəritəsinin tərtibi mexanizmini yaratmaq məqsədi daşıyır. Habelə müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməyi nəzərdə tutur.
Fərmanla respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydalarıda təsdiq olunub. Bu məqsədlə komitə tərəfindən Torpaqların Elektron Uçotu İnformasiya Sisteminin qurulması istiqamətində işlər aparılır.
Sistemdə torpaqların həndəsi ölçüləri, sərhədləri, təyinatı, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri, iqtisadi qiymətləndirməsi və digər zəruri məlumatlar əksini tapır. Bu işlərin görülməsi nəticəsində torpaqların elmi əsaslarla daha səmərli idarə olunması və istifadəsi təmin olunacaq.
Məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarəti güclənəcək. Torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər, torpaq ehtiyatlarının kateqoriyalarına uyğun həcmi dəqiq müəyyən ediləcək.
Torpaq münbitliyinin bərpası və artırılması istiqamətində daha səmərəli işlərin görülməsinə şərait yaranacaq. Dəqiq məlumatlar əsasında rəqəmsal xəritələrin və torpaq balansının tərtibi mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info