“Azərbaycan insan hüquqlarının qorunmasına xidmət edən qətiyyətli addım atır”
Tarix: 18.03.2016 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi, rumıniyalı deputat, xanım Norika Nikolae Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə 148 nəfərin həbsdən azad olunmasını sevinclə qarşılayıb.  
N. Nikolae AP-də üzvü olduğu Avropa naminə Liberal Demokratların Alyansı (ALDE) qrupu adından yaydığı bəyanatda bu addımı Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin  müsbət istiqamətdə inkişafı kimi dəyərləndirib:
“Azad edilmiş insanların 13-ü siyasi məhbus hesab olunurdu. Bununla belə, jurnalist Xədicə İsmayılova, insan hüquqları üzrə vəkil İntiqam Əliyev və müxalif siyasətçi İlqar Məmmədov hələ də həbsdə qalmaqdadır. Azərbaycandakı vəziyyətin müsbət istiqamətdə inkişaf etməsinə çox şadam. Uzun sürən mürəkkəb münasibətlərdən sonra biz görürük ki, Azərbaycan insan hüquqlarının qorunmasına xidmət edən qətiyyətli addım atır. Azərbaycan prezidentinin əfv sərəncamı ilə Taleh Xasməmmədov, Rəsul Cəfərov, müxalif siyasətçi Nemət Pənahlı, NİDA təşkilatının üzvləri Rəşad Həsənov, Rəşadət Axundov, Məmməd Əzizov, Ömər Məmmədov, Avropa Şurasının Vatslav Havel mükafatının qalibi Anar Məmmədli, Müsavat Partiyasının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqov, Sirac Kərimov, eləcə də jurnalistlər Pərviz Həşimov və Hilal Məmmədov artıq azadlıqdadırlar. Ümid edirəm ki, bundan sonra digər məhbuslar da azadlığa buraxılacaq. Bu, çox əhəmiyyətli və görünməmiş bir mərhələ oldu. Avropa İttifaqı və Avropa Parlamenti bu addımı nəzərə almalıdır və Azərbaycan Respublikası ilə əməkdaşlığımızın yaxşılaşdırılması üçün bu əlverişli məqamdan daha yaxşı istifadə etməlidirlər. Bizim ALDE qrupumuz Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində çox işlər görüb və yuxarıda qeyd olunmuş adlar bizim ölkə üzrə qəbul etdiyimiz əvvəlki hesabatlarımızda əks olunmuşdu. Bu gün biz apardığımız işlərin bəhrəsini görməkdəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info