“Cavan tədqiqatçılara imkan vermək lazımdır ki, işlərini geniş ictimaiyyətə təqdim edə bilsinlər”
Tarix: 18.03.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində “Yerli və beynəlxalq təhsil təcrübələrinin yaxınlaşması” mövzusunda təhsil siyasəti və tədqiqat forumu keçirilib.Tədbirdə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, təhsillə yanaşı elmi tədqiqatların inkişafı təhsil sistemində vacibdir. Onun sözlərinə görə, təhsil və elm bərabər inkişaf etməli və addımlamalıdır: "Cavan tədqiqatçılara imkan vermək lazımdır ki, onlar işlərini geniş ictimaiyyətə təqdim edə bilsinlər. Bunun üçün də belə forumların keçirilməsinin mühüm əhəmiyyəti var. İndiyə kimi artıq 3 belə forum keçirilib. Ümid edirik ki, bu forumlarda müzakirələrin, qarşılıqlı fikir mübadiləsinin aparılması öz töhfələrini verəcək”.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bəşəriyyət bilik iqtisadiyyatı dövründə və çərçivəsində yaşayır. Onun sözlərinə görə, universitetlərin fəaliyyəti ancaq bilik, elm məbədləri kimi məhdudlaşa bilməz: “Onlar müasir dövrdə ənənəvi sosial rolunu qoruyub saxlamaqla iqtisadi inkişafda əhəmiyyətli rol oynamağa başlayırlar. Təhsil sahəsi iqtisadiyyatdan kənarda deyil və təhsilin beynəlmilləşməsi vacibdir. Milli universitetlərin çevik transformasiyasını və rəqabətədavamlı olmaq vəzifəsini qarşıya məqsəd qoyulur. Çünki əks halda milli universitetlər 20-30-40 ildən sonra kəskin rəqabətlə üzləşəcəklər. Çıxış yolu Azərbaycanın minlərlə, on minlərlə təhsil alan, təcrübə keçən yüksək bilik, savada və kompitensiyaya malik olan insanların qısa müddət ərzində təhsil sisteminə inteqrasiya edilməsidir. Biz inanırıq ki, universitetlərin dayanıqlığı ilə verilən təhsilin keyfiyyəti arasında asılılıq getdikcə artacaq. ADA-nın strateji fəaliyyət planın hazırlanması və tətbiq edilməsi bir nümunədir. Hər bir universitet bilməlidir ki, 10 ildən sonra harada olmalı, hədəfləri nədir, ora çatmaq üçün nə etməlidir”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info