Rusiyanın regionlarında silsilə Novruz bayramı tədbirləri keçirilir
Tarix: 18.03.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Stavropol viyalətinin Pyatiqorsk şəhərində Novruza bayramına həsr olunan tədbir keçirilib. “Araz Azərbaycan Cəmiyyəti”nin Stavropol regional bölməsinin rəhbərlik etdiiyi tədbirdə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri də iştirak edib.
Tədbirdə çıxış edən “Araz Azərbaycan Cəmiyyəti”nin sədri Qurban Əsədov və digərləri Novruz adət-ənənələrindən, bayramın tarixindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi istiqamətində daha da artıq işlərin aparılmasının zəruri olduğunu bildiriblər.
Tədbir çərçivəsində “Novruz” ritm qrupunun ifası səsləndirilib, Pyatiqorsk şəhərinin gənc sakini, Azərbaycan diasporunun gənc nümayəndəsi Timura Cəfərlinin skripkada ifasında kompozisiya təqdim olunub.
Ümumrusiya Azərbaycan Konqresi Tula vilayətində də Novruz bayramı münasibətilə tədbir keçirilib.  Tədbirə Tula vilayətinin milli və ictimai təşkilatların nümayəndələri, Tula vilayəti Administrasiyasının nümayəndələri,tələbələr və valideynlər də daxil olmaqla 300-dən çox adam qatılıb.
Tədbiri giriş sözü ilə açan Rusiya Xalqları Assambleyasının Resurs Mərkəzinin direktoru Svetlana Komissarova müxtəlif xalqların adət-ənənələrinin, bayramlarının keçirilməsinin millətlər arası münasibətlərin möhkəmlənməsinə və inkişaf etməsinə real töhfə olduğunu bildirib.
Ümumrusiya Azərbaycan Konqresinin Tula reqional bölməsinin sədri Tofiq Musayev isə bildirib ki, bu cür bayramlar xalqların birliyinə və qarşılıqlı anlaşmasına, eyni zamanda, tələbələrdə vətəndaşlıq və vətənpərvərlik hissinin oyanmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılara və gecənin təşkilatçılarına fəxri fərmanlar verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info