2 ayda ərzaq məhsullarına 2,2 mlrd. manat xərcləmişik
Tarix: 18.03.2016 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


2016-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2% artaraq 4,3 mlrd. manat olub. "APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistikada bildirilir.
2016-cı ilin ilk iki ayında pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 5,5% üstələyərək 2 mlrd. 150 mln. manata çatıb.
Ticarət dövriyyəsi 2 mlrd. 108,2 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satışın dəyəri isə 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3% çox olub.
Hesabat dövründə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 109,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
2016-cı ilin yanvar-fevral aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2%-i
toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info