Gənclər təşkilatları üçün yeni qrant müsabiqəsi
Tarix: 26.02.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını və “Gənclər siyasəti haqqında” qanunun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir. Bu barədə nazirlikdən qəzetimizə məlumat verilib. Müsabiqə istiqamətləri bunlardır: gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği; gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi; gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi; gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi; gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş; gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi; özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak.
Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən (www.mys.gov.az ) əldə edə bilərsiniz. Layihələr 2013-cü ilin fevral ayının 25-dən mart ayının 19-dək Nazirliyin Ekspert - Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.
İLKİN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info