İSESCO-dan BMT-yə Dağlıq Qarabağla bağlı çağırış
Tarix: 18.03.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri BMT baş katibi Pan Gi Munu Azərbaycanın Dağlıq Qarabağvə digər ərazilərinin işğalını pisləyən və işğalçı qoşunların dərhal çıxarılmasını tələb edən Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsini təmin etməyə çağırıb.
Qurumun rəsmi saytında yer alan xəbərə görə, baş direktor BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələri və 2008-ci ildə Baş Assambleyada təsdiqlənmiş qətnaməni diqqətə çatdırıb və naməlum səbəblərdən onların həyata keçirilməsinin gecikdiyini qeyd edib. O bildirib ki, sülhü təhdid edən bu münaqişənin BMT baş katibinin gündəliyində olmaması təəccüb doğurur: “BMT baş katibinin Dağlıq Qarabağdan didərgin salınmış bir milyondan çox insanın yerləşdiyi qaçqın düşərgələrini heç vaxt ziyarət etməməsi həqiqətən qəribədir”.
Dağlıq Qarabağ münaqişəsinə də Fələstin münaqişəsi kimi lazımi diqqət göstərilməsinin vacib olduğunu deyən İSESCO baş direktoru təşkilatın bu məsələdə Azərbaycana dəstəyini ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info