“Regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcəyik“
Tarix: 18.03.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


"Bakı-Tbilisi-Qarsdəmir yolu xətti və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC gələcəkdə yüklərin Çin, Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq".
Bunu nəqliyyat naziri Ziya Məmmədov "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaradılmasının 1 illiyinə həsr olunmuş hesabat xarakterli tədbirdə çıxışı zamanı bildirib.
"Artıq Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə blok konteyner qatarlarının hərəkəti təşkil olunub. Bu marşruta yük axınlarının cəlb edilməsi məqsədilə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolu daşımalarının təmin edilməsi istiqamətində də işlər davam etdirilir. Azərbaycan və İran dəmir yolu xətlərinin birləşdirilməsi üçün çatışmayan seqmentlərin tikintisi barədə müvafiq sazişlər imzalanıb. Bu işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropaya, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə, Şərqi və Mərkəzi Avropaya, eləcə də yeni liman üzərindən bərə keçid vasitəsilə Mərkəzi Asiyaya hərəkəti mümkün olacaq", - deyə nazir bildirib.
Z. Məmmədov əlavə edib ki, Azərbaycanda müasir avtomobil yollarının yaradılması ilə bağlı irimiqyaslı layihələrin icrası davam etdirilir: "Magistral avtomobil yolları, I texniki dərəcə səviyyəsində yenidən qurulur. TRASECA nəqliyyat dəhlizi üzərində yerləşən 511 kilometrlik avtomobil yolu seqmentinin 380 kilometri 4 zolağadək genişləndirilib".
O qeyd edib ki, bu layihələr "İpək yolu"nun canlanmasına, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların artırılmasına şərait yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
“AtaBank” Avropa Liqasının finalı ilə bağlı gücləndirilmiş rejimə keçəcək - VIDEO
27.05.2019
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb- VIDEO
27.05.2019
“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional nümayəndəliyi açıldı
27.05.2019
Ramin Quluzadə Rusiyada səfərdə olub
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info