Pakistanda terror nəticəsində 69 nəfər ölüb 
Tarix: 28.03.2016 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
TASS agentliyinin verdiyi məlumata görə, partlayış nəticəsində 300-dən çox insan yaralanıb.
Qanlı hadisə zamanı 23 uşaq ölüb, 56-sı yaralanıb. İlkin araşdırmalara əsasən, partlayıcı maddənin gücü trotil ekvivalentində 8-10 kq olub. Hadisə yerində terror aktını törətməkdə şübhəli bilinən 28 yaşlı yerli sakinin şəxsiyyət vəsiqəsi tapılıb. İnsidentlə əlaqədar 15 nəfər saxlanılıb, onlardan ikisi güman edilən terrorçu-kamikadzenin qardaşlarıdır.
Pəncab əyalətində üçgünlük matəm elan edilib. Pakistanın baş naziri Nəvaz Şərif bu gün Böyük Britaniyaya planlaşdırdığı səfərini təxirə salıb. Qeyd edək ki, partlayışa görə məsuliyyəti Pakistan taliblərinin hərəkatına daxil olan "Cəmaat ül Əhrar" qruplaşması öz üzərinə götürüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info