31 Mart soyqırımı Quba memorial kompleksində anılıb
Tarix: 28.03.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Beynəlxalq Diaspor Mərkəzinin, Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Turan Ocağının təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə təşkil edilən tədbirdə altı ölkənin nümayəndələri iştirak edib.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan tədbirə Türkiyə, Rusiya, İsrail, Çexiya, Ukrayna, Gürcüstandan qonaqlar qatılıb.
Çıxış edənlər ermənilərin tarix boyu azərbaycanlılara və regionda yaşayan digər xalqlara qarşı törətdikləri cinayətlərdən danışıblar. Qubada baş verən soyqırımı zamanı azərbaycanlılarla bərabər, yəhudi xalqına mənsub olan və bu torpaqlarda bizimlə uzun illər dostluq və qardaşlıq münasibətlərində yaşayan bu İsrail övladlarına qarşıda eyni qəddarlıqla milli ayrıseçkilik zəminində cinayətlər törətmiş günahsız insanların qətillərini həyata keçiriblər.
Tədbirdə iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və təşkilatın Yaxın Şərq üzrə nümayəndəsi Alexander Shapiro Suliman öz çıxışlarında terroru lənətləyərək İsrail və Azərbaycan xalqlarının dostluğundan eləcədə Azərbaycanın Erməni terrorundan yəhudi xalqının isə tarixin müxtəliv dövürlərində amansız terrordan əziyyət çəkməsini, qlobal bəlaya çevrilən terrora qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar .
Tədbirdə iştirak edən Gələcək Gənclər İctimai Birliyi sədri Kazim Məmmədov xalqalrın dostluq və sülh şəraitində yaşamasının vacibliyindən danşaraq gənclərin bu istiqamətdə düzgün istiqamətləndirilməsi üçün gələcəkdə davamlı olaraq bu kimi tədbirlərin zəruriliyini bildirib. Sonda tədbirin təşkilatçılarına öz minnətdarlığını çatdırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar
23.04.2019
“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?
23.04.2019
Aşağı məbləğdə hesablanan pensiyalar müəyyən edilərək artırılıb
23.04.2019
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info