“Gəncə Avropa Gənclər Paytaxtı -2016“nın növbəti təqdimatı Türkiyədə
Tarix: 28.03.2016 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Türkiyədə Düzcə İl Milli Eytim Müdürlüyünün təşkilatçılığı ilə "Erasmus Plus" proqramı çərçivəsində "gənclərin işsizlik probleminin həllində təhsilin rolu" mövzusunda 5 ölkədən (Bosniya və Herseqovina, Türkiyə, Tunis, Rumunya, Azərbaycan) 55 nəfər gəncin iştirakı ilə “To Be Employed or not” adlı beynəlxalq layihə həyata keçirilib. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin də tərəfdaşı olduğu layihədə iştirakçı ölkələrin təhsil sahəsində çalışan menecerləri, pedaqoji heyyət nümayəndələri, müəllim peşəsinə yiyələnən gənc tələbələr, müxtəlif özəl təhsil müəssisələrinin nümayəndələri iştirak etmiş, təhsilin işsizlik probleminin həllinə təsiri haqqında müzakirələr aparmışlar. Türkiyə Respublikasının turistik bölgəsi olan Akçakoca şəhərində, cari ilin mart ayında reallaşdırılan layihədə iştirakçılar Türkiyə təhsil sistemi, Düzcə şəhərində fəaliyyət göstərən peşə-ixtisas liseyləri və s. ilə yaxından tanış olmuşlar.
Layihə çərçivəsində 11 nəfərlik Azərbaycan nümayəndə heyyəti tərəfindən ölkədə mövcud olan təhsil proqramları, işsizliyin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbir və proqramlar haqqında təqdimatlar keçirilmişdir. Həmçinin ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq layihələr və xüsusi ilə Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi haqqında geniş təqdimat nümayiş olunub. Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm potensialı haqqında da layihə iştirakçılarına məlumatlar verilib.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi dörd ilə yaxındır ki, fəaliyyət göstərir. Fəaliyyəti müddətində davamlı olaraq gənclərin beynəlxalq layihələrdə iştirakını təmin etməklə, ölkənin təbliğində gənclərin rolunu artırmaq istiqamətində uğurlu addımlar atır.

Fuad





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info