“Azərbaycanın nüfuzu regionun hüdudlarından kənara yayılır”
Tarix: 26.02.2013 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“Böyük Britaniya Azərbaycan ilə əlaqələrini inkişaf etdirməlidir”. Britaniyalı deputat, İcmalar Palatasının Energetika komissiyasının üzvü Kris Pinçer belə hesab edir.
Pinçer Britaniyanın aylıq "Parliamentary Brief" siyasi dərgisində dərc olunan məqaləsində yazır ki, Azərbaycan Avropa ilə Asiya arasında körpü, həmçinin əhəmiyyətli enerji təchizatçısı ola bilər: "Bəzi müşahidəçilər sual verə bilərlər: "Bizim Azərbaycanla nə işimiz ola bilər?" Ermənistanla münaqişəyə gəldikdə isə onlar deyə bilərlər ki, "bu münaqişə uzaq ölkədə barələrində heç nə bilməyimiz insanlar arasında olan mübahisədir". Mən belə münasibəti uzaqgörənlik hesab etmirəm. Belə adamlar, bizim xoşumuz gəldi və ya gəlmədi, yaşadığımız iqtisadi və geosiyasi dünyada qarşılıqlı əlaqələri tanımırlar". Onun fikrincə, ola bilsin ki, Azərbaycan az tanınır, ola bilsin ki, uzaqdır, amma onun nüfuzu regionun çərçivəsindən kənara çıxır və Böyük Britaniya sahillərinədək və onun hüdudlarından kənara yayılır: "Bu həmişə belə olmayıb. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu vaxtlarda çox kasıb idi. Lakin azadlıq əldə etdikdən və enerji sektorunun inkişafından sonra Azərbaycan Xəzər dənizi hövzəsində zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla çox varlandı". Qiymətləndirmələrə görə, Xəzər regionunun və Yaxın Şərqin ehtiyatları 88 trilyon kubmetr qazı ötür. Belə olan halda həmin ehtiyatlar 43 trilyon kubmetr həcmində olduğu hesab edilən Rusiyanın karbohidrogen ehtiyatlarını geridə qoyur.
"Azərbaycan "Şahdəniz" təbii qaz yatağının işlənməsinə başladıqdan sonra 2007-ci ildə ölkə qaz ixracatçısına çevrildi, o cümlədən, Türkiyə vasitəsilə Avropaya qaz nəqlini artırdı. Azərbaycan Avropa İttifaqına qazı Rusiya ərazisindən keçməyən mövcud qaz kəmərləri vasitəsilə ötürür" - deyə Pinçer yazır. Onun sözlərinə görə, əgər əvvəllər Rusiya Şərqi və Mərkəzi Avropaya əsas qaz tədarükçüsü idisə, indi başqa oyunçular regiona karbohidrogenlar nəql edə bilərlər ki, bu da müsbət irəliləyişdir: "Tarixən rəqabətin və Qərbdə zəruri nəqliyyat və qaz nəqli infrastrukturunun olmaması Aİ-nin ürəyində təhlükəsiz enerji landşaftının inkişafına mane olur". O, məqalədə qeyd edir ki, Böyük Britaniya karbohidrogenlərin nəqlinin böyük şaxələndirilməsini dəstəkləməlidir ki, bu da Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsinə imkan verəcək. O yazır ki, hazırda yalnız üç ölkə Aİ-yə böyük həcmdə qaz nəql edir. Burada Rusiyanın payı 40, Əlcəzairin 30, Norveçin payı isə 25 faiz təşkil edir: "Bizim şəxsi qaz tədarükümüzün əksər hissəsi Norveçdən həyata keçirilir. Lakin biz xarici idxaldan asılılığı artırırıq. Bu asılılıq 2020-ci ilədək hazırkı 30 faizdən 70 faizə çata bilər. Beləliklə, biz kontinental enerji böhranının mənfi nəticələrindən sığortalanmamışıq".
RASİM




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info