Azərbaycanla BƏƏ arasında turizm sahəsində yaxşı imkanlar mövcuddur
Tarix: 28.03.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Ras Əl-Xeymə Əmirliyinə işgüzar səfər edib.
Səfirliyin yaydığı məlumata görə, səfər çərçivəsində Səfir Ras Əl-Xeymə Əmirliyinin Əmiri Şeyx Səud bin Saqr Əl Qasimi ilə görüş keçib.
Görüşdə D.Şikarov Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinin inkişafı kontekstində turizm və investisiya sahəsində Ras Əl-Xeymə Əmirliyi ilə qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu əsas tutaraq, bu əməkdaşlığa Azərbaycanın hazır olduğunu Əmirin diqqətinə çatdırıb, Azərbaycanda hər iki sahədə görülən işlər barəsində geniş məlumat verib.
Səfir Azərbaycan rəhbərliyinin siyasi qərarı nəticəsində 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarının Azərbaycan vizasını ölkəmizin istənilən hava limanında almaq hüququ əldə etdiyini Əmirin diqqətinə çatdıraraq bu qərarın ölkələrimiz arasındakı mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verəcəyini bildirib.
Səfir D.Şikarov 2015-ci və 2016-cı illərdə müvafiq olaraq, BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərinin baş tutduğunu xatırladaraq, yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin və əməkdaşlığın artması nöqteyi-nəzərindən əhəmiyyətini qeyd edib.
Azərbaycan Prezidentinin nəhəng əməyi sayəsində ölkəmizdə sabitlik və əmin-amanlığın qorunub saxlandığını xüsusilə qeyd edən səfir D.Şikarov, Azərbaycanda gedən iqtisadi inkişaf, xüsusilə, qeyri neft sektorunun inkişafı, ölkəmizdə iş adamlarına yaradılan şərait barədə ətraflı məlumat verib, Ras Əl-Xeymə Əmirliyinin iş adamlarının ölkəmizə investisiya yatırmağa dəvət edib.
Əmir Şeyx Səud Əl Qasimi, ölkəmizin, xüsusən də son illər ərzində nəzərə çarpan hərtərəfli inkişafı və geniş regional nüfuzu barədə məlumatlı olduğunu bildirərək, Prezident cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu fəaliyyətin ölkədaxili sabitlik və əmin-amanlığın başlıca amili olduğunu qeyd edib.
Azərbaycanla əməkdaşlıq üçün yaxşı potensialın olduğunu təsdiqləyən Ras Əl-Xeymənin Əmiri bu potensialı üzə çıxarmağa və turizm, investisiya, kənd təsərrüfatı kimi sferalarda müştərək maraqlara uyğun əməkdaşlığa hazır olduqlarını bəyan edib, Azərbaycana mütləq şəkildə səfər edəcəyini vəd edib.
Səfir D.Şikarov, qədim Azərbaycan torpağları olan Dağlıq Qarabağın ermənistan tərəfindən işgalı faktını və bu işğalın bütünlükdə region üçün təhlükə törətdiyini Şeyx Səud Əl Qasiminin diqqətinə çatdırıb.
Səfir həmçinin, münaqişənin həllinə dair son durum barəsində müfəssəl məlumatlar verərək, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyinin siyasi nizamlanmanın qarşısında yeganə maneə olduğunu bildirib. Səfir BƏƏ-nin Azərbaycanın haqq işinə davamlı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini özəlliklə qeyd edib və Birləşmiş Ərəbəmirliyinin rəhbərliyinə və xalqına dərin təşəkkürünü ifadə edib.
Türkiyyənin, Pakistanın, Səudiyyə Ərəbistanı Krallığının işğalçı Ermənistanla diplomatik əlaqələr qurmadığını xatırladan səfir işğal zamanı erməni silahlı qüvvələri, habelə hal-hazırda Ermənistanda yüksək postlar tutan o vaxtkı səhra komandirləri tərəfindən törədilən qətliamların, ələlxüsus da Xocalı soyqırımının üzərində dayanaraq, erməni cəlladlarının əsasən də qadın, uşaq və qocalardan ibarət mülki xocalılara divan tutduqlarını qabardıb, Zori Balayanın azyaşlı qızın üzərində qeyri-insani eksperimentinə toxunub.
Səfir həmçinin, Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasından geniş bəhs etmiş, soyqırımı rəsmən tanıyan ölkələr və ABŞ-ı n ştatları sadalanıb və bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
Səfir ümumiyyətlə ermənilərin XIX əsr ərzində məhz müsəlman olduqları səbəbindən azərbaycanılara qarşı kütləvi qırğınlar törətdiklərini yada salaraq, bu soyqırımların sistematik xarakter daşıdığını və bunun da ermənilərin bizə qarşı genetik dözümsüzlüyündən qaynaqlandığına diqqət çəkib.
Sonra Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi barədə Şeyx Səud Əl Qasiminin sualına cavab olaraq, Səfir D.Şikarov ölkəmizin humanizm nümayiş etdirərək problemin danışıqlar və sülh yolu ilə həllinə tərəfdar olduğunu nəzərə çatdırıb.
Görüşün ardınca səfərin proqramına uyğun olaraq, Ras Əl-Xeymə Azad Ticarət Zonasında (RAK FTZ) yerləşən Əmirliyin Turizm və İnvestisiya Qurumlarında hər iki sektor üzrə mövcud imkanlar və perspektivlərə dair müvafiq təqdimatlar təşkil edilib, təqdimatlardan sonra Azad Ticarət Zonasının sədri Şeyx Əhməd bin Səud Əl Qasimi ilə görüş keçirilib, görüşdə birgə əməkdaşlığın mümkün yolları ətrafında fikir mübadiləsi aparılıb.
Səfərlə bağlı məlumatlar BƏƏ-nin "Al Khaleej", "Al Bayan", "Al Wast" rəsmi qəzetlərində və BƏƏ-nin İnformasiya Agentliyinin (WAM) internet səhifəsində dərc edilmiş, həmçinin, BƏƏ-nin "Şərca 24" televiziya kanalında nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info