TƏSVİRİ SƏNƏT HƏFTƏSİ
Tarix: 28.03.2016 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Artıq üç ildir ki, respublikamızda ənənəvi olaraq mart ayında Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə “Təsviri sənət həftəsi” keçirilir. Bu cür tədbirlərin keçirilməsini rəssamların cəmiyyətlə daha yaxından ünsiyyətdə olmaq istəyi şərtləndirir.
Bu məqsədlə martın 24-də Azərbaycan Rəssamlar İttifaqında “Təsviri sənət həftəsi” ilə bağlı media işçiləri üçün mətbuat konfransı keçirilmişdir. Təşkilatın sədri, xalq rəssamı Fərhad Xəlilov martın 24-dən 29-dək baş tutacaq tədbirin məqsədi barəsində məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
“Təsviri sənət həftəsi”nin açılışı ertəsi günü İçərişəhərdəki xalq rəssamı Əzim Əzimzadənin adını daşıyan bağda keçirilmişdir. Burada Bakının müxtəlif məktəblərini təmsil edən azyaşlı rəsm həvəskarları arasında sənət yarışması təşkil olunmuşdur. Onlar bir saat ərzində müxtəlif mövzularda kompozisiyalar işləmişlər. Rəngarəng rəsm texnikalarında icra olunmuş bu işlər respublikanın tanınmış fırça ustalarından ibarət münsiflər tərəfindən dəyərləndirilmişdir. Qaliblər rəssamlıq ləvazimatları və diplomlarla mükafatlandırılmışlar.
Həmin günün ikinci yarısında Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda gənc rəssamların əsərlərindən ibarət sərginin açılışı olmuşdur. Xalq rəssamı Fərhad Xəlilov açılış mərasimində il ərzində yaradıcılıq fəallığı göstərmiş bir-neçə gənc rəssama ittifaqın fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim etmişdir. Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər mövzu baxımından rəngarəng idi. Ülvi Musayevin rəngkarlıq, Əfşan Əsədovanın tətbiqi sənət nümunələri sərginin yaddaqalan nümunələrindən olmuşdur.
Növbəti gün - martın 26-da Rəssamlar İttifaqının nümayəndə heyəti Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 4 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət etmişlər. Yeri gəlmişkən qeyd edək ki, bu rəssamların uşaq evinə ilk gəlişi deyildi. Artıq bir-neçə ildir ki, Rəssamlar İttifaqı Abşeronda yerləşən uşaq və qocalar evlərinə mənəvi hamilik köməyi göstərməkdədir. Elə onların Şüvəlana növbəti gəlişi də yaddaqalan olmuşdur. Belə ki, onlar özləri ilə 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən məktəbin yenidən inşa olunmuş tədris korpusunun bədii tərtibatında istifadə olunacaq əsərlər gətirmişdilər. Burada rəssamlar yeni istifadəyə verilmiş binada tədris və yaradıcılıq otaqları ilə tanış olmuş, məktəbin müəllim-şagird kollektivi ilə görüş keçirmişlər. Məktəbin direktoru Vəfa Seyidova qonaqları salamlamış və məktəb haqqında məlumat vermiş, xeyriyyəçi Xoşqədəm Məmmədova uşaq evi ilə yaradıcı kollektivin əlaqələrini dəyərləndirmiş, Fərhad Xəlilov isə uşaqların yaradıcılıq fəaliyyətindən məmnun qaldığını söyləmişdir. Görüş zamanı məktəbə Azərbaycan rəssamlarının müxtəlif nəsillərinin fırçasından çıxmış əsərləri hədiyyə etmişlər.
Martın 28-də “Təsviri sənət həftəsi” çərçivəsində V.Səmədova adna salonda Abşeronda fəaliyyət göstərən üç uşaq evinin şagirdlərinin əl işlərindən ibarət satış sərgisi təşkil olunmuşdur. Əsərlərin satışından toplanan vəsait xeyriyyə məqsədilə istifadə olunacaqdır.
Həftə ərzində C.Naxçıvanski adına hərbi liseydə və Bakı humanitar kollecində əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən Azərbaycan təsvir sənəti mövzusunda mühazirələr oxunmuşdur.
“Təsviri sənət həftəsi”nin Azərbaycan rəssamlarının geniş sərgisi ilə yekunlaşması nəzərdə tutulmuşdur. Burada nümayiş olunan əsərlərin ən yaxşılarının müəlliflərinə Rəssamlar İttifaqının qiymətli hədiyyələri təqdim olunacaqdır.
Aslan Xəlilov
Sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info