Fransa ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları araşdırılır
Tarix: 26.02.2013 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Fransada səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov Fransanın Aşağı Normandiya regionuna səfər edərək bu regionun Fransa parlamentində deputatı Natali Qulye, həmin regionun Orn vilayətinin prefekti Jan-Kristof Moro, vilayətin Alenson şəhərinin meri Yoaxim Pueyo ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə kənd təsərrüfatı sahəsində konkret istiqamətlərdə ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparılıb. Orn vilayətində yerləşən “Riches Monts və pendirlər” şirkətinin fəaliyyəti və istehsal prosesi ilə tanış olan nazir İsmət Abasov şirkətin məxsus olduğu texnologiyaların Azərbaycanda tətbiqi imkanlarını qarşı tərəflə müzakirə edib. Orn vilayətinin prefekturasında keçirilmiş mətbuat konfransında nazir Fransa ilə müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrinin genişləndirilməsinə Azərbaycan Prezidenti tərəfindən böyük önəm verildiyini diqqətə çatdıraraq, bu səfərin əsas məqsədinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində konkret əməkdaşlıq istiqamətlərinin araşdırılmasından ibarət olduğunu bildirib. Xocalı soyqırımı ilə bağlı jurnalistlərin suallarına cavab verən İ.Abasov bu faciəni insanlığa qarşı cinayət və bəşəriyyət tarixində ən ağır faciələrdən biri kimi qiymətləndirib. Daha sonra İ.Abasov Orn vilayətində yerləşən Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun fəaliyyəti, genetika sahəsində həyata keçirilən tədqiqatlar, habelə Normandiya cinsinə məxsus olan inəklərin saxlandığı təcrübə ferması ilə tanış olub, bu cinsə məxsus olan inəklərin Azərbaycana idxal edilməsi imkanları müzakirə edilib.
Heyvanların süni mayalanması sahəsində ən böyük şirkətlərdən olan “İMV Technologies” şirkətində keçirilən görüşdə isə şirkətin məhsullarının Azərbaycana idxalının mümkünlüyü müzakirə olunub. Orn vilayətinin Leql şəhərinin rəhbərliyi ilə görüşdə səfərin Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilib, eləcə də Leql şəhəri ilə Naftalan şəhərinin qardaşlaşması istiqamətində aparılan işlərin iki ölkənin digər şəhəri üçün örnək ola biləcəyini vurğulanıb.
NİGAR




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info