Mübariz Qurbanlı: “Bu, yolverilməzdir”
Tarix: 28.03.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıdakı İlahiyyat və Qaraçuxur məscidlərində “Suriya cihadı” adlı təbliğatla bağlı yayılan xəbərlərə, o cümlədən Əbubəkr məscidinin keçmiş imamının müavini olmuş Əlixan Musayevin eyni məzmunlu səs yazısına münasibət bildirib.
Mübariz Qurbanlı deyib ki, bir çox məscidlərdə axund və imamlar rəsmi təyin edilən şəxslər olduğuna görə onların xütbələri xüsusi hazırlanmış kitablardakı mövzuları əhatə edir: "Bu kitablar QMİ-nin Qazılar Şurası tərəfindən təsdiq olunub. Ona görə də kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsi qeyri-mümkündür. Bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır. Amma buna qarşı da mübarizə aparılır. Əsas metodumuz dini maarifləndirmədir. Bu cür zərərli fikirləri yayanların qarşısını öncədən almaq üçün profilaktik tədbirlər görülür. Gənclər, ümumiyyətlə, əhali arasında güclü maarifləndirmə işləri aparılır. İlahiyyat və Qaraçuxur məscidlərində rəsmi moizələr, rəsmi xütbələr verən şəxslər QMİ-nin təyinatı ilə orada çalışan şəxslərdir. Monitorinqlərimiz də göstərir ki, bu məscidlərdə moizələrdə dövlətin siyasətinə zidd hansısa fikir söylənilmir, radikal qrupların təşviqatı aparılmır. Amma bu məscidlərə yüzlərlə adam gəlir və onların içərisində dindən başı çıxan da var, çıxmayan da. Radikal qruplara meyilli olanlar da var. Onların məscidin həyətində, yaxud harasındasa zərərli təşviqatı varsa, buna qarşı da tədbir görülür və görüləcək”.
Mübariz Qurbanlı Əlixan Musayevin yayılan səs yazısına, onun Suriyada döyüşənləri şəhid adlandırmasına və çağırışlarına da münasibət bildirib: “Əvvəla, şəhid öz torpağı, vətəni uğrunda ölənlər olur. Bizim çoxlu əsgərlərimiz, oğul və qızlarımız var ki, Vətən uğrunda şəhid olublar. Məsələn, Mübariz İbrahimov. Suriyada, İraqda radikal qrupların tərkibində vuruşub həlak olanlara “şəhid” deyən adamın özü həmin radikal qruplarla eyni fikirdədir. Bu, yolverilməzdir. Belə fikirlər səsləndirən adamlar İslama aid olmayan, İslamı parçalanmaya sövq edən adamlardır. Əlixan Musayev və onun kimi adamların bu cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.Mübariz Qurbanlı onu da əlavə edib ki, səs yazısı Komitə  tərəfindən də araşdırılacaq: “Bizim eskpertiza bunu araşdıracaq və ekspertizanın nəticəsində biz aidiyyəti orqanlara müraciət göndərəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar
18.03.2019
“QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info