Rusiyalı jurnalist: “Qarabağda yerləşdirilən ermənilər qaçırlar”
Tarix: 28.03.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən ermənilər ordumuzun erməni hərbi birləşmələrinə şiddətli cavab atəşindən qorxuya düşərək qaçırlar.
“Publika.az” xəbər verir ki, Rusiyanın “Qazeta.ru” portalının müxbiri Aleksandr Rubinin Dağlıq Qarabağa qanunsuz səfər edərək hazırladığı reportajdan belə nəticəyə gəlmək olar.
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni gedən rusiyalı müxbir yazır ki, ermənilər Qarabağ müharibəsində olduğu kimi indi də zirzəmilərdə gizlənirlər.
“Erməni zabitlərinin müşayiəti ilə cəbhə xəttinin şərq istiqamətində olduq. Yolun yanında dərin səngərlər var. Bu birinci cəbhə xəttidir və orada gənc əsgərlərlə zabitlər xidmət edir. Səngərin qabağı dəmir-betonla örtülüb. Mayor Aşot danışır ki, dəmir-betonlar 2 il əvvəl qurulub. Bir neçə yüz metrdən sonra Azərbaycan kəndlərindəki evlərin damları parıldayır. İki düşməni sadəcə bir neçə yüz metr ayırır”,- deyə reportajda bildirilir.
A. Rubinin yazdıqları arasında diqqət çəkən məqamlardan biri də işğal olunmuş Dağlıq Qarabağa göndərilən pullarla bağlıdır.
“Qarabağa erməni diasporu xaricdən pul göndərir. Həmçinin, Rusiyanın erməni əsilli biznesmenləri bura pul ayırır”,- deyə o yazır.    
Jurnalist qeyd edir ki, Azərbaycan şəhəri Ağdama baş çəkmək mümkün deyil: “Bu, yalnız hərbi icazə nəticəsində mümkün ola bilər”.
Rubin daha sonra yazır ki, Qarabağda yalnız Ermənistanın müxtəlif bölgələrindən olanlar yaşamır: “Bura Suriyadan qaçan ermənilər də yerləşdirilib. Statistikaya görə, Suriyadan gələn təxminən 60 ailə burada yaşayır. Suriya qaçqınları Laçın rayonunun yaxınlığında tikilən evlərdə yerləşiblər”.
Rusiyalı jurnalistin bu reportajında Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olan qanunsuz addımları da ortaya çıxarır.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsi ilə bağlı çağırışı ilk olaraq Ermənistan tərəfi pozub. Azərbaycan Ordusunun cavab atəşi isə düşmən tərəfi ciddi təşvişə salıb.
A. Rubinin yazdığına görə, Dağlıq Qarabağda yaşayan ermənilər qorxu içindədir və onlar qaçmağa hazırlaşırlar.
Misal üçün, məktəb müəllimi Vank Mariam Levon vəziyyətin yaxşı olmadığını bildirir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info