Beş yaşlı azərbaycanlı beynəlxalq turnirin qalibi olub
Tarix: 28.03.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Budapeştdə baş tutan bədii gimnastika üzrə üçüncü Beynəlxalq “Bahar kuboku – 2016” turniri başa çatıb. AZƏRTAC
Mötəbər tədbirdə Macarıstanı təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə yüksəlib. 2001-2011-ci il təvəllüdlü gimnastların yarışında ev sahibi Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya və Herseqovina, Polşa, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak ediblər. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, beynəlxalq turnirə vəsiqə qazana bilib.
Qeyd edək ki, beynəlxalq yarışda qalib olan M.Abbasova Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info