“Ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər”
Tarix: 28.03.2016 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov erməni general Arkadi Ter-Tadevosyanın iddialarına cavab verib.
Guya Ermənistanın hansısa “gizli silaha“ sahib olması barədə erməni generalın fikirlərini şərh edən sabiq hərbi birlik komandiri Yaşar Aydəmirov bildirib ki, Ermənistanın Müdafiə Nazirliyison vaxtlar  yeganə ümidi olan və danışdıqlarına hətta özünün də inanmadığı “komandos” ləqəbli bir ünsürün xidmətlərindən tez-tez istifadə etməyə başlayıb: “Guya erməni “sənətkarların” əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan ən çətin gün üçün saxlanılan “gizli erməni silahı” barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu, ancaq gülüşlə qarşılanmalıdır.
 
Həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa  çalışır. Amma bu üzdəniraq erməni “qəhrəmanı” özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür. Hətta erməni hərbçilərinin zorakılığına, hədə-qorxularına məhəl qoymayan ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər. Yəqin ki, köçərək növbəti sığınacaqları yer qədim yurd yerimiz İrəvan şəhəri olacaq. Burada yerinə düşən əsas sual budur: bəs sonra hara qaçacaqlar?”




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info