Sürücülük vəsiqəsi olmadan avtobus idarə edən şəxslər aşkarlanıb
Tarix: 26.02.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən reydlərdə sürücülük vəsiqəsi olmadan avtobus sürən sürücülər aşkarlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, DYP əməkdaşları paytaxt ərazisində ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizam qaydasının təkmilləşdirilməsi, həmçinin yol nəqliyyat hadisələrinin minimuma endirmək üçün paytaxt ərazisində reydlər keçirib.
Reydlər metronun “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Koroğlu” stansiyalarının qarşısında, Hüseyn Cavid və Nəriman Nərimanov prospektində keçirilib. Reyd zamanı müvafiq kateqoriyası olmadan nəqliyyat vasitəsini idarə edən 6 sürücü, sürücülük vəsiqəsi olmayan 2 nəfər, işıqforun qırmızı işığının tələbini gözləməyən 1 sürücü, yolayrıcı keçmə qaydasına əməl etməyən 3 sürücü, sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxili olan 1 sürücü, qanunla qadağan olunan yerdə nəqliyyat vasitəsini saxlayan 9 avtobus sürücüsü, avtobus dayanacağını qanunsuz zəbt edən 38 taksi sürücüsü aşkar edilib. Aşkar edilən bütün faktlar üzrə inzibati qaydada cəza tədbirləri görülüb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info