“Bu, artıq bizim bəlaya çevrilib”
Tarix: 29.03.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Azərbaycanla qarşılaşmanın 1-ci hissəsində bərbad oynadıq. Çox az sayda da təhlükəli vəziyyət yaratdıq”.
Bu sözləri Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının əslən azərbaycanlı olan futbolçusu Ramil Şeydayev deyib. Avropa çempionatının seçmə mərhələsinin Almaniya ilə oyunu öncəsi müsahibə verən yarımmüdafiəçi klub karyerası ilə yanaşı, Azərbaycan millisi ilə bir neçə gün əvvəlki görüşdən də danışıb. O, Rostovda yığmamızla qeydə alınan heç-heçəyə (2:2) qısa şərh verib: “Fasilədən sonra oyunumuzdakı çatışmazlıqları aradan qaldırdıq. Lakin standart vəziyyətlərdən üzücü qollar buraxdıq. Bu, artıq bizim bəlaya çevrilib. “Standart”larda daha diqqətli olmalıyıq. Almaniya ilə qarşılaşmadan sonra vəziyyətimizin düzələcəyinə ümid edirəm. Çünki artıq geri çəkilməyə də yol yoxdur”. Qeyd edək ki, ötən ilin noyabrında keçirilən görüşdə Rusiyanı 3:0 hesabı ilə məğlub edən millimiz cari tsikldə şimal qonşularımızdan 4 xal alıb.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb
26.04.2019
Formula 2 yarışlarında sıralanma turunun qalibi məlum oldu
26.04.2019
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
26.04.2019
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb
26.04.2019
Formula 2: “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto ilk sərbəst yürüşün qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info