Xırdalan şəhər 2 saylı tam orta məktəbdə nümunəvi dərs
Tarix: 29.03.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Xırdalan şəhər 2 saylı tam orta məktəbin 8d sinfində kimya fənni üzrə “Kristal qəfəsin tipləri“ mövzusunda nümunəvi dərs keçirilib. Dərs dövlət himninin səsləndirilməsi ilə başlanıb. Fənn müəllimi İradə Təhməzova dərsin məqsədini izah etdikdən sonra fəal dərsin ilkin mərhələsi olan motivasiya mərhələsi ilə davam edib. Bu mərhələdə şagirdlər krosvordun köməyi ilə mövzunun adını müəyyənləşdiriblər.
Mövzunun tədqiqatı zamanı şagirdlər Kimya dərsliyindən istifadə edərək müəllim tərəfindən paylanılan işçi vərəqlərindəki sualları cavablandırıb. Şagirdlər tapşırıqları yerinə yetirərkən həzin musiqi səsləndirilib. Milli musiqinin səsləndirilməsi şagirdlərdə motivasiya və düşünmə qabiliyyətini bir az da artırıb. Cütlərin işləri hazır olduqdan sonra cavablar ardıcıl olaraq səsləndirilib və işlər müəllim tərəfindən qiymətləndirilib. Beləliklə, mətn mənimsənildikdən sonra mətndaxili suallar cavablandırılıb. Nümunəvi dərs informasiya mübadiləsi, müzakirəsi, nəticə və ümumiləşdirmə ilə davam edib. Nəticə və ümumiləşdirmə mərhələsində şagirdlərə mövzunun sonunda yerləşən bilik və bacarıqların yoxlanılması blokundakı tapşırıqların yerinə yetirilməsi tapşırılıb. Şagirdlər tapşırıqları böyük məharətlə incələyib. Dərs boyu müəllim və şagirdlər “Promethean” interaktiv lövhənin geniş imkanlarından istifadə ediblər. Bu da öz növbəsində həm dərsi maraqlı edib, həm də mövzunun şagird tərəfindən daha asan mənimsənilməsinə kömək edib. Dərsi məktəbin qabaqcıl kimya müəllimləri də müşahidə ediblər. Kimya fənni üzrə metod birləşmə sədri Afət Orucova interaktiv lövhədə yığılmış dərslərin, elmi biliklərin şagirdlərə aşılanmasında xüsusi rolunu vurğulayıb və lövhənin geniş imkanlarından yetərincə istifadə etməyi digər kimya müəllimlərinə də tövsiyə edib. Dərsin sonunda şagirdlər fənn müəllimi tərəfindən obyektiv qiymətləndirilib və xüsusi qeydlər gündəliklərə yazılıb. Dərs ümummilli lider Heydər Əliyevin sözləri ilə sonlandırılıb: “Müəllim yeganə şəxsiyyətdir ki , cəmiyyət öz gələcəyini yalnız ona etibar edir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info