“Bakı “Qran-pri”si ən yaxşı mərhələlərdən biri olacaq”
Tarix: 29.03.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Rusiyanın televiziya ulduzu, Birinci kanalın tanınmış aparıcısı Andrey Malaxov AZƏRTAC-a müsahibəsində deyib:
“Bakıda keçirilən bütün tədbirlər həmişə öz parlaqlığı, geniş vüsətli olması ilə, şərqlilərə xas qonaqpərvərliklə fərqlənir. Mənim fikrimcə, “Formula-1” çempionatı da istisna olmayacaq”. Hər dəfə başa çatan ilə öz xanımı ilə birlikdə yekun vurduğunu bildirən televiziya aparıcısı qeyd edib ki, 2015-ci il onlar üçün Bakıda keçirilən Birinci Avropa Oyunlarına səfər etmələri ilə əlamətdar olub. A.Malaxov deyib: “Bakıda Avropa Oyunlarının açılış mərasimi olduqca zövqlü, möhtəşəm və baxımlı idi. Həyat yoldaşımla mən hər dəfə ilə yekun vururuq, yaddaşımızda iz qoymuş ən yaxşı səfərləri qeyd edirik. Bu dəfə hər ikimiz dedik ki, Bakıda Birinci Avropa Oyunlarının açılışında iştirak etməyimiz 2015-ci ildə bizim ən yaxşı səfərimiz olub. Şübhəsiz, bu mərasim keçən ilin ən parlaq hadisələrindən biri idi”. A.Malaxovun sözlərində görə, “Formula-1” çempionatının məşhur yürüşçülərinin çoxu əmindir ki, Bakıda keçiriləcək yarışlar “Formula-1” çempionatının ən yaxşı mərhələlərindən biri olacaq. O deyib: “Məşhur yürüşçülərin fikrini eşitmişəm. Onlar Bakıda yolların keyfiyyəti barədə danışarkən vurğulayırlar ki, bu, “Formula-1” çempionatının ən yaxşı mərhələlərindən biri olacaq”. Monakoda “Formula-1” yürüşlərində olmuşam. Bilirəm ki, bu yürüşlər tamaşaçılar üçün əsl bayramdır, orada bir çox məşhur şəxsləri görmək olar. Mənim fikrimcə, Bakı “Qran-pri”si növbəti idman bayramı olacaq və Bakıya dəvət olunmağı səbirsizliklə gözləyirəm”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info