Altı ölkənin nümayəndələri erməni vəhşilikləri barədə məlumatlandırılıb
Tarix: 29.03.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Beynəlxalq Diaspor Mərkəzinin, Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Turan Ocağının təşəbbüsü ilə altı ölkənin nümayəndələrinin Quba Soyqırımı Memorial Kompleksinə və ərazidəki kütləvi məzarlığa ziyarəti təşkil edilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan tədbirə Türkiyə, Rusiya, İsrail, Çexiya, Ukrayna, Gürcüstandan qonaqlar qatılıb. Əvvəlcə kütləvi məzarlığın qarşısında mitinq keçirilib. Çıxış edənlər ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan danışıblar. Beynəlxalq aləmin diqqətinin bu qanlı hadisələrə yönəltməyin vacibliyini qeyd edən natiqlər faciə günahkarlarının ciddi cəzalandırılmasını tələb ediblər. Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tədbir iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Tədbir təşəbbüskarları 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bu kimi tədbirlərin davamlı təşkil ediləcəyini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info