Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib
Tarix: 26.02.2013 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaxın müddət ərzində tətbiq ediləcək Mobil cihazların qeydiyyat sistemi (MCQS) istehlakçıların maraqlarının qorunmasına yönəldilib.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması qaydası” çərçivəsində Azərbaycanda mobil cihazlar bazarının tənzimlənməsi, ilk növbədə, mobil cihazların istifadəçilərinin təhlükəsizliyi və rahatlığına xidmət edəcək. İKT İnformasiya Mərkəzindən qəzetimizə bildirilib ki, qaydalar tətbiq edildikdən sonra mobil telefonların oğurlanması minimuma endiriləcək. Bununla yanaşı, telefonun sahibinə qaytarılması şansı da dəfələrlə artacaq. Bu hər bir mobil telefonun beynəlxalq IMEI kodunun MCQS-də qeydiyyatı ilə bağlıdır. Müəyyən mənada bank debit/kredit kartlarının bloklaşdırma prinsipinə oxşar olan bu qeydiyyat sistemi vasitəsilə oğurlanmış və itirilmiş mobil telefon bloklaşdırılacaq və onun Azərbaycanda istifadəsi mümkünsüz olacaq. Bunun üçün telefon sahibinin mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə müraciət etməsi kifayət edəcək. Həmçinin oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq qara siyahıya salınaraq onun dünyanın bir çox ölkələrində istifadəsinin qarşısı alınacaq. Qeyd edək ki, dünyanın bir çox ölkələri Mobil cihazların qeydiyyat sisteminın tətbiqinə üstünlük verməkdədir. ABŞ, Türkiyə, Hindistan artıq bu sistemi tətbiq ediblər. Avropa Birliyi ölkələrində oğurluq telefonların mobil rabitə şəbəkələrində istifadəsinin qarşısının alınması üçün xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Misal üçün, bu sistemə 2001-ci ildən indiyədək Böyük Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb. Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə azalıb.
Türkiyədə Mobil cihazların qeydiyyat sistemi tətbiq edilənə qədər 3 il ərzində mobil telefonlarla bağlı 7 qətl hadisəsi, 31,2 min oğurluq faktı qeydiyyata alınmışdı. IMEI kodların tətbiqindən sonra mobil telefonlarla bağlı cinayətlərin sayı kəskin dərəcədə azalıb.
Küçələrdə törədilən cinayətlərin əksəriyyətində mobil cihazların ən qiymətli əşya olduğunu nəzərə alaraq Rusiya da Mobil cihazların qeydiyyat sisteminin tətbiqini planlaşdırıb.
FUAD




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info