Rusiyada 38 milyon nəfərin banklara borcu var
Tarix: 29.03.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Rusiya əhalisinin, demək olar ki, dörddə birinin, təqribən 38 milyonunun ölkə banklarına borcu var.
Mərkəzi Bank hazırda ölkədə yaşanan böhran şəraitində və buna rəğmən əhalinin gəlir səviyyəsinin aşağı düşməsi müqabilində borcların daha da artmasından narahatlıq nümayiş etdirir.
Maraqlıdır, görəsən, bu, Rusiyada kredit sisteminin dağılması və bank böhranının genişlənməsinə stimul yaradacaqmı? Qeyd edilməlidir ki, ölkə banklarına borcu olanların yarıdan çoxu kredit kartları üzrə borcu olan insanlardır. Rusiya Mərkəzi Bankının sədr müavini Mixail Suxovun sözlərinə görə, borc yükünün səviyyəsi, maliyyə məhsullarından istfadə edilməsi daha çox ölkə vətəndaşlarının ödəmə qabiliyyətini əks etdirir. Suxova görə, ölkə bankları daha diqqətli olmalı və ödəmə qabiliyyətinin analiz üsulları hazırlanmalıdır: «Bu məsələyə kifayət qədər diqqət yetirməyən banklar nəzarət dairəsinə düşərsə, onlardan tənzimlənmə sahəsində bəzi dəyişikliklər tələb ediləcək».
Qeyd edək ki, Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka da bu günlərdə Rusiya banklarını tənqid edərək bir çox rusun bankların soyğunçu kredit sxeminə görə, "çətin və hətta kritik vəziyyətdə" yaşadığını etiraf edib.
Xatırladaq ki, Rusiyada da fərdi şəxslərin vaxtı keçmiş borclarındakı artım bank sisteminin sabitliyi üçün təhlükə yaradır. Mərkəzi Bankın məlumatına görə, 2016-cı ilin yanvarın əvvəlindən bəri bankların fiziki şəxslərə verilmiş kreditlərinin ümumi məbləği 10.3 trilyon rubl təşkil edib. Belə ki, bu ərəfədə ölkədə problemli kreditlərin həcmi 2015-ci ilin ortaları ilə müqayisədə 10 faizdən çox artaraq 10,5 faiz civarında göstərilib. Təbii ki, Rusiyanın bu sahə üzrə mütəxəssisləri istehlak kreditlərində belə ciddi geriləməni gözləmədiklərini etiraf etsələr də, lakin ölkədə yaşanan iqtisadi böhran və rusların gəlirlərinin azalması bank ödəmələrində problemli borcların yaranmasına stimul yaradır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info