“Neft Daşları” yatağında yeni quyu qazılır
Tarix: 29.03.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2161 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1860 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 760 metr olan 20 nömrəli quyuda da qazma işlərinə başlayıb. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan yaradan süzgəclər buraxmaqla tamamlanacaq. Quyunun azimutu 25 dərəcə, inhirafı isə 253 metr təşkil edir. 20 nömrəli quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info